Icma.az
close
up
RU
525 ci qəzet Adı müşahidə, özü hərbiləşmiş Aİ missiyası

525 ci qəzet Adı müşahidə, özü hərbiləşmiş Aİ missiyası

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Gözlənilən baş verdi. Avropa İttifaqının səfirləri yanvarın 29-da Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər. Belə ki, bu missiya daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaq. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı nəzərdə tutulur. Yada salaq ki, Aİ missiyasının ilkin 40 nəfərlik heyəti 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə çatdırılıb. Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri müşahidə missiyasına qoşulub. Yeni qərar artıq Aİ-yə üzv ölkələrin nümayəndələri tərəfindən təsdiqlənib. Dünən yayılmış məlumatda vurğulanıb ki, Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Brüsseldə keçirilən iclasda Ermənistan-Azərbaycan sərhədində monitorinq aparan Aİ missiyasının müddətinin iki il müddətinə uzadılmasını təsdiqləyiblər. Missiyanın mandatı və ölçüsü dəyişməz olaraq qalır: onun tərkibinə 165 beynəlxalq müşahidəçi və analitik, eləcə də 44 erməni əməkdaşı daxil olmağa davam edəcək.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bundan əvvəl Aİ-nin Ermənistanda mülki missiyasının mandatının daha iki il müddətinə uzadılmasını təklif etmişdi.

Əslində yuxarıda qeyd etdiyimiz kimi, bu, gözlənilən idi. Çünki Ermənistanın bütün addımları sülh prosesindən yayınmağa, sülh sazişinin imzalanmasını maksimum uzatmağa yönəlib. Azərbaycan sülh istəyir və bunu dəfələrlə bəyan edib. Təkcə bəyan etməyib, həm də regionda sülhün bərqərar olması, Cənubi Qafqazda əmin-amanlığın olması üçün bütün addımları atır, səylər göstərir. Baxmayaraq ki, güclü tərəf, qalib tərəf Azərbaycandır. Ermənistan isə müxtəlif xarici güclərin əlində alətə çevrilib və onların dəstəyi ilə regionda qarşıdurma yaratmağa yönəlik addımlarını davam etdirir. Gah bölgəyə xarici qüvvə gətirir, gah ABŞ-la hərbi komponenləri özündə ehtiva edən əməkdaşlıq sənədləri imzalayır, eyni zamanda, sürətlə silahlanır. Azərbaycanla sərhəddə hərbi təxribatlara rəvac verəcək addımlar atır. Məsələn, bir neçə gün əvvəl Kəlbəcər istiqamətində xəndəklər qazması, istehkamlar qurması, qoşun toplaması İrəvanın yeni təxribata hazırlaşdığını göstərir. Bütün bunlar İrəvanın məqsədinin sülh olmadığını göstərir. Buna rəvac verən, Ermənistanı həvəsləndirən təbii ki, xarici qüvvələrin dəstəyidir. Aİ missiyasının artıq müşahidəçi deyil, yarımhərbləşmiş qüvvə olduğu heç kimə sirr deyil. Onların sərhəddə Azərbaycanla bağlı kəşfiyyat məlumatları topladıqlarına, sabitliyi pozan addımlar atdıqlarına dair Bakının əlində çoxsayda faktlar var.

Məlumdur ki, Azərbaycan-Ermənistan 17 maddəlik sülh sazişi layihəsində üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasına dair müddə var. İndi Aİ missiyasının müddətinin uzadılması bu bəndin də yerinə yetirilməyəcəyini deməyə əsas verir. Onda belə çıxır ki, 2025-ci ildə də Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından sülh sazişini imzalamaq mümkün olmayacaq. Sülh sazişinin olmaması regionda hər an qarşıdurmanın, eskalasiyanın baş verməsi deməkdir. Bu gün Ermənistanda yeni münaqişəyə açıq çağırışlar edir, revanşistlər qisasdan danışır. Hakimiyyətin də qətiyyətinin olmaması, siyasi iradə nümayiş etdirməməsi, müxtəlif güclərin əlinə oynaması heç də nikbin olmağa əsas vermir. 

Rəsmi Bakı dəfələrlə bu mövzunu gündəmə gətirib. Azərbaycan Prezidenti İlham Əliyev ötən il Rusiya mediasına müsahibəsində bunun niyə vacib olduğuna aydınlıq gətirib: “Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq. Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu”.

Qeyd edək ki, hələ ötən il tərəflər sülh sazişi mətninin 90 faizinin razılaşdırıldığını açıqlamışdılar. İki ölkə arasında razılaşdırılmayan əsas müddəlardan biri qeyd etdiyimiz kimi, üçüncü tərəfin qüvvələrinin sərhəddən çıxarılması ilə bağlıdır.

Dövlət başçısı yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bu mövzuya toxunaraq deyib ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı: “Axı, bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər. Hərçənd bu yaxınlarda Avropanın bir ölkəsinin prezidenti Azərbaycanı binoklla izləmək kimi ədəbsiz davranış sərgiləyib. Məgər o, bundan bir həftə əvvəl burada, Bakıda olarkən və mənimlə görüşməyi xahiş edərkən bunları görmürdü? Əgər baxmaq istəyirdisə, mən onu Qarabağa göndərərdim, dağları seyr edərdi. Başa düşürsünüzmü, bu, artıq nümayiş deməkdir. Bu, sadə məsələ deyil. Bu, münasibət deməkdir. Binoklla sanki düşmənə baxırsan. Əgər siz Azərbaycana belə münasibət bəsləyirsinizsə, onda biz necə münasibət göstərə bilərik?”

Politoloq Zaur Məmmədov mövzu ilə bağlı deyib ki, Brusselin Ermənistanda xüsusi monitorinq missiyasının vaxtını daha iki il uzatması ya cənnət, ya cəhənnəm deməkdir: “Səbirli olmağımızın səbəbləri var. Bu, Azərbaycan Respublikasının dövlət təhlükəsizlyinə açıq-aşkar təhdiddir və söhbət monitorinq adı altında çoxfunksional gedişlərdən gedir. Bu dəfə daha geniş formada. Əgər son iki ildə Aİ monitorinq missiyası kəşfiyyatçılıqla məşğul idisə, Rusiya və İranın susqunluğundan istifadə edən Qərbdəki mərkəzlər gələcək iki ildə öz səlahiyyətlərini genişləndirməyi planlaşdırırlar”.

Politoloqa görə, bu dəfə söhbət, tam hüquqlu hərbi nümayəndəlikdən gedə bilər: “Və daha bir məsələyə diqqət etmək lazımdır. Təkcə Azərbaycanla şərti sərhədlərdə deyil, eyni zamanda, İran və Türkiyə sərhədlərində. Məlumata görə, avropalılar hərbi nəqliyyatdan tutmuş silahlara qədər təchiz olunacaqlar. Buraya, bu ilin yanvar ayında ABŞ - Ermənistan arasında "strateji tərəfdaşlıq" sənədində hərbi təhlükəsizliklə bağlı komponentləri və ötən ilin baharında ABŞ - Ermənistan - Aİ arasında imzalanan sənədi əlavə etsək, SOS siqnalının çalınması mütləqdir. Afrikada uğursuzluğa duçar olan Fransa, dünyada geosiyasi mövqeyini daha da genişləndirən ABŞ bu dəfə Cənubi Qafqazda strategiya ortaya qoyaraq addım-addım məqsədlərinə çatmağı qarşılarına hədəf qoyublar”.

Politoloq əlavə edib ki, İran və Rusiyanın məlum hadisələrlə bağlı susqunluğu, Azərbaycan və Türkiyə hərbi - təhlükəsizlik paktını (Şuşa Bəyannaməsini belə də adlandırmaq olar) aktivləşdirə bilər: “Qrenlandiyaya, Panamaya, Kanadaya iddiası olanlar, Yeni Kaledoniyada, Afrikada neokolonializm siyasətini davam etdirənlər Qərbi Zəngəzurla bağlı mövzunun Azərbaycan üçün həssas olmasını başa düşməlidirlər. Hətta, Zəngəzur olmasa belə. Torpaqları onillərdir işğal edən və qonşusuna ərazi iddiası olan dövlətin sərhədlərinə və ordusuna təminat vermək Azərbaycan üçün böyük çağırışdır. Əgər sabah ölkəmizə qarşı hərbi koalisiya formalaşarsa nə baş verəcək? Beləliklə, indi qərar vaxtıdır. Regional dövlətlər qərar vermədikləri təqdirdə mövqe nümayiş etdirmiş olacaqlar. Ermənistan Baş naziri yazıq obrazında məkrli planlarını həyata keçirmək niyyətindədir”.

Onun sözlərinə görə, baş verənlərə göz yumulması bir halda mümkündür: “Mehri şəhəri dəhliz elan edilir və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında qovşaqda heç bir maneə olmur. Əgər Nikol Paşinyan 40 km-i faktiki olaraq Azərbaycanın himayəsinə verərsə, ən azından 9000 kv km ərazini qoruya bilər. Qərb özü Zəngəzur dəhlizini açmağa vadar olunacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri