Icma.az
close
up
RU
“Müşahidə”, yoxsa “müdaxilə?”

“Müşahidə”, yoxsa “müdaxilə?”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının bölgədə sülh pərdəsi arxasında geopolitik oyunu

Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərində qeyri-legitim fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyası – EUMA-nın (European Union Mission in Armenia) son aylarda fəallaşması regional prosesləri diqqətlə izləyənlər üçün təsadüfi sayıla bilməz. Rəsmi Brüsselin bu missiyanı “sülh və etimad quruculuğu” aləti kimi təqdim etməsinə baxmayaraq, real mənzərə tamamilə fərqlidir. EUMA-nın davranışı, marşrutları, informasiya sızmaları və siyasi kontekstdə səsləndirilən açıqlamalar onu göstərir ki, söhbət neytral müşahidədən deyil, məqsədli geosiyasi müdaxilədən gedir.

Əvvəla, qeyd etdiyimiz kimi, EUMA-nın fəaliyyəti qeyri-legitimdir. Onun fəaliyyəti beynəlxalq hüquqi legitimlik baxımından da ciddi suallar doğurur. Missiya nə regional razılaşmalar çərçivəsində formalaşıb, nə də Azərbaycan tərəfinin razılığı ilə fəaliyyət göstərir. Bu isə onun mülki və texniki statusunu kağız üzərində saxlayır, faktiki olaraq isə missiyanı birtərəfli siyasi alətə çevirir. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması fonunda belə birtərəfli mexanizmin mövcudluğu sülhə xidmət etmir, əksinə, qarşılıqlı etimadı zədələyir.

EUMA-nın fəallaşması Avropa İttifaqının Cənubi Qafqazda son illər getdikcə açıq görünən ikili standartlar siyasətinin tərkib hissəsidir. Brüssel bir tərəfdən sülh, dialoq və regional sabitlikdən danışır, digər tərəfdən isə Ermənistanı faktiki olaraq himayə edən, onu kompromisdən uzaqlaşdıran addımlar atır. Missiyanın Azərbaycan sərhədi yaxınlığında intensiv hərəkəti, bölgədə hərbi-siyasi həssaslıqları nəzərə almayan açıqlamalar verməsi İrəvanda revanşist dairələr üçün əlavə stimul yaradır. Birmənalı şəkildə demək mümkündür ki, EUMA missiyasının son dövrdə fəallaşması Avropa İttifaqının bölgədə sülhə qarşı yürütdüyü siyasətin tərkib hissəsidir. Əlavə olaraq vurğulamaq lazımdır ki, Aİ-nin bu xətti regionda proseslərə balanslı yanaşma sərgiləmədiyini nümayiş etdirir və onu açıq tərəf kimi təqdim edir. EUMA-nın davranışı göstərir ki, missiya faktiki olaraq müşahidəçi deyil, siyasi mesaj daşıyıcısı rolunu oynayır. Bu isə Azərbaycan ictimaiyyətində və ekspert dairələrində Brüsselin niyyətlərinə dair haqlı suallar doğurur. Üstəlik, missiyanın fəaliyyəti regionda kommunikasiyaların açılması və etimad mühitinin formalaşması prosesinə real töhfə vermir. Əksinə, yaranmış vəziyyət Ermənistandakı radikal revanşist auditoriya üçün yanlış gözləntilər formalaşdırmaqla sülh perspektivlərini mürəkkəbləşdirir.

* * *

Məsələnin daha təhlükəli tərəfi ondan ibarətdir ki, EUMA-nın fəaliyyəti konkret siyasi məqsədə – 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların faktiki olaraq kənara itələnməsinə hesablanıb. Həmin razılaşmalar regionda real sülhə aparan yolun əsas konturlarını müəyyən etmişdi. ABŞ platformasında əldə olunan bu anlaşmalar tərəflərin birbaşa dialoquna, qarşılıqlı öhdəliklərinə və nəticəyönlü prosesə söykənirdi. Məhz bu səbəbdən Vaşinqton formatı həm Bakı, həm də region üçün praqmatik və işlək mexanizm kimi qiymətləndirilir. Lakin Avropa İttifaqı bu formatla barışmaq niyyətində deyil. Brüssel və Paris üçün əsas hədəf regional proseslərə nəzarəti itirməmək, Cənubi Qafqazı öz geosiyasi gündəliyinin bir hissəsi kimi saxlamaqdır. EUMA missiyası da məhz bu məqsədə xidmət edir. Aİ Ermənistanla koordinasiyalı şəkildə Vaşinqton razılaşmalarını arxa plana keçirməyə, onların yerinə Paris və Brüssel gündəliyini sırımağa çalışır. Bu gündəlik isə konkret nəticələrdən daha çox, uzunmüddətli, qeyri-müəyyən və manipulyativ proseslər üzərində qurulub.

Ermənistan hakimiyyəti üçün bu vəziyyət rahatdır. Bir tərəfdən sülh ritorikasından istifadə olunur, digər tərəfdən isə Aİ missiyasının arxasında gizlənərək real öhdəliklərdən yayınmaq mümkün olur. EUMA-nın mövcudluğu İrəvana, necə deyərlər, təhlükəsizlik çətiri illüziyası yaradır və bu da konstruktiv mövqeni zəiflədir. Nəticədə sülh prosesi irəliləmir, region isə yenidən gərginlik riskləri ilə üz-üzə qalır.

Avropa İttifaqının davranışı onu göstərir ki, Brüssel üçün əsas prioritet bölgədə sülh deyil, təsir vasitələrini saxlamaqdır. Əgər onların məqsədi həqiqətən sabitlik olsaydı, Aİ bütün tərəflərin razı olduğu platformaları dəstəkləyər, birtərəfli missiyalarla vəziyyəti daha da mürəkkəbləşdirməzdi. Halbuki mövcud siyasət regionda yeni etimadsızlıq xətti yaradır və Cənubi Qafqazı böyük güclərin rəqabət meydanına çevirmək riskini artırır. Bu yanaşma Aİ-nin illərdir təbliğ etdiyi “dəyərlərə əsaslanan xarici siyasət” anlayışının praktikada nə qədər selektiv tətbiq olunduğunu üzə çıxarır. Brüssel Cənubi Qafqazda öz geosiyasi çəkisini qorumaq naminə real vəziyyətlə hesablaşmaqdan yayınır. Qurumun bu cür davranışı region dövlətləri üçün proqnozlaşdırılan və etibarlı tərəfdaş obrazı formalaşdırmır. Əksinə, yaranan mənzərə göstərir ki, Brüssel situasiyadan asılı olaraq mövqeyini dəyişməyə meyillidir. Bu isə tərəflər arasında əldə olunmuş razılaşmaların dayanıqlılığını zəiflədir. Qeyd etdiyimiz kimi, belə bir şəraitdə Ermənistan daxilində sülhə şübhə ilə yanaşan dairələrin mövqeləri daha da möhkəmlənir. Uzunmüddətli perspektivdə isə bu siyasət Cənubi Qafqazda sabitlik deyil, xroniki qeyri-müəyyənlik yaradır.

Azərbaycan bu prosesi diqqətlə izləyir və açıq şəkildə bildirir ki, real sülh yalnız qarşılıqlı hörmətə, suverenliyə və razılaşdırılmış mexanizmlərə əsaslana bilər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgədə dayanıqlı sabitlik yalnız region ölkələrinin birbaşa dialoqu və konkret öhdəliklər əsasında mümkündür. Bu baxımdan, kənar aktorların balansı pozan müdaxilələri sülh prosesinə töhfə vermir, əksinə, onun təbii inkişaf məntiqini zəiflədir.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildrdi ki, EUMA missiyasının fəallaşması Aİ-nin regionda müstəqil oyunçu kimi möhkəmlənmək cəhdidir. Onun sözlərinə görə, qurum bu missiya vasitəsilə Vaşinqton formatının uğurunu balanslaşdırmağa, hətta kölgədə qoymağa çalışır: “Brüsselin hərəkətlərindəki əsas risk ondan ibarətdir ki, bu cür yanaşma Ermənistanı sülh istiqamətində real addımlar atmaqdan uzaqlaşdırır və onu yenidən illüziyalarla yaşamağa sövq edir. Nəticədə sülh prosesi uzanır, regionda gərginlik potensialı saxlanılır. Əgər Avropa İttifaqı doğrudan da sabitlik istəyirsə, birtərəfli missiyalardan imtina etməli, razılaşdırılmış beynəlxalq mexanizmlərə hörmətlə yanaşmalıdır”.

Ekspert onu qeyd etdi ki, EUMA-nın mövcudluğu bölgədə real təhlükəsizlik mexanizmlərini əvəz etmir və yalnız siyasi görüntü yaradır. Onun fikrincə, Aİ bu missiya vasitəsilə prosesləri idarə etdiyini nümayiş etdirməyə çalışsa da, faktiki nəticələr ortaya qoymur: “Belə yanaşma Ermənistan üçün uzunmüddətli təhlükəsizlik təminatı deyil, müvəqqəti siyasi dayaq rolunu oynayır. Brüsselin bu xətti davam etdirməsi onun Cənubi Qafqazda prosesləri ləngidən və gərginliyi dolayısı ilə körükləyən aktor kimi qəbul olunmasına gətirib çıxaracaq. Belə bir imic isə Aİ-nin gələcək təşəbbüslərinə etimadı minimuma endirəcək. Nəticədə Brüsselin bölgədə təsir imkanları artmaq əvəzinə, əksinə, məhdudlaşacaq”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri