Icma.az
close
up
RU
Müşfiq Ələsgərli: “Trampın imzaladığı fərman USAGM i hədəf alsa da, mahiyyət etibarilə adı çəkilən media subyektlərini də sıradan çıxarır”

Müşfiq Ələsgərli: “Trampın imzaladığı fərman USAGM i hədəf alsa da, mahiyyət etibarilə adı çəkilən media subyektlərini də sıradan çıxarır”

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 “Təkcə “Amerikanın səsi” radiosunun illik büdcəsi təxminən 260 milyon dollar məbləğində olub”



ABŞ-də Donald Tramp administrasiyası Beynəlxalq İnkişaf Agentliyi - USAID-in ardınca “Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyasının hökumətdən maliyyələşdirilməsinə son qoyub. Qərarların qəbulu ABŞ hökumətinin daxili işi olmaqla yanaşı, beynəlxalq aləmdə ciddi müzakirələrə yol açıb. Bəziləri bunu təqdir edir, digərləri isə adları çəkilən strukturların fəaliyyətinin davam etməsinin zəruriliyini qeyd edirlər. Sonuncular arasında, gözlənildiyi kimi, daha çox erməni lobbisi, dünya ölkələrində qarışıqlıq, sabitliyin pozulmasında maraqlı qüvvələr canfəşanlıq göstərirlər. Onlar Tramp administrasiyasına qarşı total hücuma start veriblər. Qeyd edək ki, Prezident Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik “Azadlıq radiosu” media korporasiyasına və "Amerikanın səsi" radiostansiyasına da nəzarət edir. Məlumat üçün bildirək ki, 1970-ci illərin əvvəllərinə qədər “Azadlıq radiosu” Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) büdcəsi hesabına maliyyələşib, çünki Konqresə özəl təşkilatları maliyyələşdirmək qanunla qadağan edilib. Daha sonra radiostansiyanın MKİ ilə əlaqəsi üzə çıxıb və qadağa götürülüb. Beləliklə, maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılmağa başlayıb. “Azadlıq” radiosunun “demokratik dəyərlər” bəhanəsi ilə üstüörtülü formada destruktiv fəaliyyətlə məşğul olduğu dəfələrlə bəyan edilib. “Soyuq müharibə” dövründə ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan “Azadlıq Radiosu” və “Amerikanın səsi” uzun illər təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib. Onun Azərbaycandakı fəaliyyətinə gəldikdə, milli düşüncənin hədəf alınması, ayrı-seçkiliyin təşviqi və uğurlu diplomatik addımların ləkələnməsi kampaniyası alətinə çevrildiyi göz önündə idi. Adıçəkilən media strukturları postsovet məkanında, daha çox Azərbaycanla bağlı illər boyu qərəzli və ikili standartlardan çıxış edən materialların dərci ilə tanınıb. Yəni bu qurumların Azərbaycanda fəaliyyəti daha çox qərəz və ikili standartlar üzərində qurulub. Bununla bağlı faktlar kifayət qədərdir. Onların fəaliyyət göstərdiyi bölgələrə nəzər yetirdikdə destruktiv yanaşmaların və dövlətlərin daxili işlərinə müdaxilə mexanizmlərinin üstünlük təşkil etdiyini aydın şəkildə görmək mümkündür. 


Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli "Sherg.az"a açıqlamasında deyib ki, Qlobal Media Agentliyi (USAGM) USAID kimi əsasən ABŞ-nin xaricə yönəlik layihələrini də maliyyələşdirib. Media ekspertinin sözlərinə görə, “Azad Avropa” (“Azadlıq”), “Amerikanın səsi”, “Azad Asiya” radiolarının fəaliyyəti də Qlobal Media Agentliyinin ayırdığı vəsaitlə təmin edilib:


 "Prezident Donald Trampın imzaladığı fərman USAGM-i hədəf alsa da, mahiyyət etibarilə adı çəkilən media subyektlərini də sıradan çıxarır. Çünki maliyyə kəsilir. Nəzərə alaq ki, təkcə “Amerikanın səsi” radiosunun illik büdcəsi təxminən 260 milyon dollar məbləğində olub. “Azadlıq” radiosunun büdcəsi də təqribən həmin həcmdədir. Bu vəsaiti digər hər hansı bir donorun kompensasiya edə biləcəyi rasional görünmür. ABŞ hökumətinin bu media subyektlərinin vəziyyətdən çıxması üçün xüsusi proqram imzalayacağı inandırıcı görünmür. Donald Tramp ABŞ-nin xarici ekspansiya siyasətinin əsas elementlərindən olan bu radioları nə üçün hədəf alır? Xarici siyasət kursu dəyişirmi, yoxsa Tramp komandası daha effektiv mexanizmlər tapıb? Aydın cavab yoxdur. Ən müxtəlif versiyalar gündəmə gətirilir. Bu versiyaları 2 qrup üzrə təsnifatlaşdırmaq mümkündür. Birinci istiqamət budur ki, həm USAID, həm də USAGM-in fəaliyyətində sövdələşmə, mənimsəmə, korrupsiya əlamətləri aşkara çıxıb. Son 2 ay ərzində transmilli KİV-lərdə bu agentliklər barədə verilən açıqlamaları sistemə salıb uzlaşdırsaq, görərik ki, DOGE rəhbəri onları korrupsiya hallarına yol verməkdə qınayır. Ehtimal olunur ki, ABŞ büdcəsindən ayrılan və bu agentliklər üzərindən realizə edilən maliyyə vəsaitinin təqribən 40 faizə qədəri mənimsənilib. Yaxud israf edilib". 


M.Ələsgərliyə görə, ikinci istiqamət isə odur ki, ənənəvi media üzərində qurulmuş təbliğat ruporları səmərəsiz görünür, sıradan çıxarılır:

 "“Amerikanın səsi” və “Azadlıq” radiolarının əsas missiyasının dünyaya həqiqəti çatdırmaq yox, ABŞ xarici siyasətini təbliğ etmək üzərində qurulduğu faktı ortadadır. Məsələn, “Azadlıq” radiosunun baş direktoru Stiven Kapus deyib: “Azadlıq” radiosunun qrant müqaviləsinin ləğv edilməsi Amerikanın düşmənlərinə böyük hədiyyə olacaq. İranın ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 illik fəaliyyətindən sonra “Azadlıq” radiosunun bağlanmasını qeyd edəcəklər. USAGM-in fəaliyyətinin dayanması düşmənlərimizin qarşısında ABŞ təbliğatının zəiflədilməsi deməkdir”. Kapus bu açıqlaması ilə təsdiq edir ki, adıçəkilən radio qurumları ABŞ xarici siyasətinin təbliğatçısı və təşviqatçısı olublar. Amma indiyədək bütün dünyaya obyektiv, qərəzsiz media subyekti kimi sırınıblar. Qərb nəzəriyyəsində qeyd edilir ki, “təbliğat və təşviqatın başlandığı yerdə azad jurnalistikanın fəaliyyəti bitir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri