Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Pendirin beyinə faydası

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Musiqi məbədgahının mehrabı

Musiqi məbədgahının mehrabı

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bu sözlərin ünvanı hamının tanıdığı, sənətinə, şəxsiyyətinə hörmət bəslədiyi dünya şöhrətli müğənni, dahi sənətkar SSRİ xalq artisti Zeynəb Xanlarovadır.

Azərbaycan tarixində adlarını qızıl hərflərlə həkk edən bir neçə qadın vardır ki, onlardan biri də məhz, Zeynəb Xanlarovadır. Bu qadını xarakterizə edən üç meyar var: sənət, şəxsiyyət, mərdlik. Bəli, bu belədir. O, sənətdə necə zirvədədirsə, şəxsiyyət kimi də yüksəklikdədir. Çəkinmədən daim haqq sözünü deyən, ədalətsizliklə barışmayan, sözü yerli-yerində deyən mərd azərbaycanlı qadınıdır.

Sərhədləri dəmir tikanlı məftillərlə əhatə olunmuş keçmiş SSRİ dövründə ötən əsrin 60-cı illərindən başlayaraq müstəqillik qazandığımız günə kimi Zeynəb Xanlarova ifa etdiyi  mahnılarında Azərbaycan adını dünyaya tanıtdırdı. Muğam üstə oxuduğu qəzəlləri və şeirləri ilə Azərbaycan xalqının qəhrəmanlığını, qeyrətini, mərdliyini, ölkəmizin füsunkar təbiətini ustalıqla milyonlara çatdırdı. Konsertinə xarici ölkələrdə yaşıyan azərbaycanlıları da cəlb etməklə, onların evini ziyarət etməklə, əslində onlara həm Azərbaycan həqiqətlərini, həm onların müstəqillik, hürr yaşamaq arzularını çatdırır, həm də bir növ diaspora rəhbəri rolunu oynayırdı.

Asəf Zeynallı adına musiqi texnikumunda böyük ustad sənətkar Seyid Şuşinsikinin məktəbində musiqi ifaçılığı sənətinin, muğamımızın sirlərinə vaqe olaraq öz məlahətli, təkrarsız, şirin, həlim, yeri gələndə zil səsi ilə o, səhnədə, efirdə zirvələr fəth elədi, xarüqələr yaratdı. Haqlı olaraq SSRİ Xalq rəssamı Mikayıl Abdullayev Zeynəb xanım haqqında söz açarkən deyirdi: “Zeynəb Xanlarova Azərbaycan musiqi mədəniyyəti tarixində bir mərhələdir”.

Zeynəb Xanlarova Azərbaycan səhnəsinə yenilik gətirdi. İfa edərkən şuxluq, ritmiklik, canlandırma, oynaqlıq onu digər müasirlərindən fərqləndirdi. O, səhnədə heç kimi təqlid etmədi, təkrarlamadı, heç kimə bənzəmədi. Özünün əbədi yolunu cızdı ki, uzun onilliklər, elə bu günün özündə də neçə-neçə müğənni və xanəndə nəslinə örnək oldu, məktəb oldu. O, özünün Leylisi, Əslisi ilə ölməzlik ifasını qazandı.

Ötən əsrdə Bakı şəhərində baş vermiş 20 yanvar faciəsində mərdik nümunəsi göstərən Zeynəb xanım xalqının o ağır günündə onun yanında oldu. Şəhidlər ağısı ilə Sovet hökümətinə üsyan etdi, Azadlıq meydanında bu qətliamı törədən Mixayil Qorbaçova “ölüm” -deyə meydan oxudu. Bu o vaxt idi ki, Zeynəb Xanlarovaya Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilməsi haqqında fərman imzalanması üçün M.Qorbaçovun masasında idi. Buna baxmayaraq, Zeynəb xanım öz xalqını seçdi.

20 Yanvar faciəsi ilə bağlı 1990-cı il yanvarın 22-də Azərbaycan SSR Ali Sovetinin keçirilən fövqəladə sessiyasında bir çox kişi deputatların qorxudan sessiyaya qatılmadıqları halda Zeynəb Xanlarova digər fədakar deputatlarla birgə sessiyada çıxış edərək, öz etiraz səsini qaldırdı, qəbul edilən kəsərli, tarixi qərara səs verdi. Həmin sessiyanın videolentə alınıb, gələcək nəslə çatdırılmasında məhz Zeynəb xanımın sayəsində mümkün olmuşdur. Belə ki, həmin tarixi sessiya Zeynəb xanımı çox çətinliklə Ali Sovetə gətirdiyi şəxsi videokamerasının hesabına videolentə alınmışdır.

O, 89 illik həyatının çoxunu Azərbaycan xalqının rifahı naminə, mədəniyyətinin inkişafı naminə həsr edən, saysız orden, medallara layiq görülüb. 30 ildən artıq parlamentdə millət vəkili kimi məhsuldar fəaliyyət göstərib. Şərqin ulduzu titulunu qazanan Zeynəb Xanlarovanın yeganə ən ali titulu “Azərbaycan xalqının Zeynəbi” fəxri adıdır. Çünki, xalq onu sevir, daim hörmət və ehtiramını göstərir.

Zeynəb xanım nə qədər böyük titullar, mükafatlar sahibi olsa da, o, heç bir zaman sadəliyini, səmimiliyini itirmədi. O, biriya, saxta, pedant olmadı. Sözün əsl mənasında xalqının Zeynəbi oldu. O, daim doğulub, boya-başa çatdığı Bakının məşhur Dağlı məhəlləsi ilə fəxr elədi. Həm də o, bu gün özünün suverenliyini Azərbaycanın bütün ərazisində bərpa edən bütöv Azərbaycanla fəxr edir. Bu səadəti, bu qalibiyyəti bizə bəxş edən Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, mərd və cəsur, qəhrəman oğullarımıza daim öz minnətdarlığını, həmçinin bir sənətkar, bir ana alqışını bildirir...

Zaman-zaman Zeynəb xanımın sənəti, səsi, qazandığı uğurlar, ondakı qeyrət və s. Azərbaycanın söz ustadlarının, qələm sahiblərinin serlərində, yazılarında öz əksini tapıb. Elə mən özüm də onun haqqında yazılar yazmışam. Lakin, bu gün məhz söz sərraflarımızın Zeynəb Xanlarovaya həsr etdiyi sənət nümunələrindən bəzi parçaları hörmətli oxucularıma təqdim etmək istəyirəm. Zeynəb Xanlarovanın repertuarında daim xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin şeirlərinə yazılmış mahnılarına və muğam üstə oxuduğu qəzəllərə rast gəlirik. Öz növbəsində S.Rüstəm daim Zeynəb xanımın sənətinə yüksək qiymət verirdi. Yurdunun, millətinin ağ gününü görməyəni daim qələminin gücü ilə tənqid atəşinə tutan S.Rüstəm illərdir, Zeynəb xanımın ürəklərə məlhəm gətirən səsi, pərəstişkarlarına sevinc payladığı ürək sözü, xoş nəfəsi ilə könül rübabının telini vəcdə gətirən, doğma vətənini uzaq-uzaq ellərdə tanıtdıran dünya şöhrətli müğənnini öz şeirində belə təsvir edir:

Günəşə qədərdir eşqin, vüqarın,
Şeirdir, nəğmədir sərvətin, varın,
Sönməz od nəfəsin yad mahnıların
Havaya sovurur külünü, Zeynəb!

Coşduqca cəh-cəhin dalğalar kimi,
Gülür dodaqların ilk bahar kimi,
Xalqınla keçirdin sənətkar kimi
Gününü, ayını, ilini Zeynəb.
Sən ey hər millətin əziz qonağı,
Solmaz ilhamımın mahnılar bağı
Böyük məhəbbətlə qardaşsayağı,
Öpürəm göyərçin əlini Zeynəb!

El anası kimi tanınan, “ürəyimdə bir həsrətin qəmi var” – deyən, hər zaman həyatsevər qələm ustadımız xalq şairi Mirvarid Dilbazi də Zeynəb  xanımın səsinin, sənətinin vurğunu, pərəstişkarı idi. O, kövrək-kövrək oxuduqca ürəklərə od salan, nəğmələri ilə tamaşaçıları ovsunlayan, ecazkar səsi ilə nəğmələrə, şeirlərə dönərək könüllərdə məşəl kimi yanan, şölələnən Zeynəb xanımı belə təsvir edir:

Bir bülbülsən gül bağında,
Söz gül açır dodağında.
Min millətin torpağında
Özü nəğmə olan Zeynəb!

Hərdən odlu, hərdən sərin,
Oxuyanda şirin-şirin.
Əfsunuyla nəğmələrin
Canımızı alan Zeynəb!

Sənə oyun da yaraşır,
Oyna, boyun da yaraşır,
Şöhrətin sərhədlər aşır,
Ürəklərə calan, Zeynəb!

Zeynəb Xanlarava daim repertuarında gözəl qəlbli ruh şairimiz Ələkbər Ziyatayın şeirlərinə yazılmış mahnılara, qəzəllərə də geniş yer ayırıb. Onların arasında “Olmalıydın, olmadın”, “Sənsən sən”, “Qəlbim gəl deyir”, “Azərbaycanım mənim”, “Səninləyəm”, “Dilim-dilim ol, dilim” mahnıları çox populyarlıq qazanıb. Müğənni ilə şair arasında çox möhkəm dostluq və sənət əlaqələri olub. “Mehri – ülfətdir şüarım, mən azərbaycanlıyam” -  deyən Ə.Ziyatay Zeynəb xanımı həm də bəhruz xəyallı bir rəssama bənzədirdi. Şair Zeynəb xanımı elimizin saf məhəbbəti, yurdumuzun şux təbiəti, yüz sehrli nəğmə, Göygöldən axar ağ su, baharın öz qızı və öz səsi kimi böyük şövqlə təsvir edir, onu sənət tacı adlandırırdı:

Nəğmə onun üçün bir kainatdır,
Nəğmə onun üçün qoldur qanaddır;
Nəğmə onun üçün əsl həyatdır.
Nəğməsiz heç belə coşarmı Zeynəb,
Nəğməsiz dünyada yaşarmı Zeynəb?!
Məhsəti qüdrəti var nəğməsində,
Natəvan həsrəti var nəğməsində,
Həcərin qeyrəti var nəğməsində...
Doğma xalqdan alıb gücünü Zeynəb,
Daşıyır öz sənət tacını Zeynəb!

Uşaqlıqdan Zeynəb xanımın mahnıları ilə böyüyən, bu ölməz sənətkarın ecazkar səsinə vurulan, onu özünün gələcək sənət yoluna, müğənniliyə sövq edən tanınmış müğənni, əməkdar artist Ədilə Nəzərli-Əflaki ilk sənət müəlliminin məhz, Zeynəb xanım olduğunu daim dilə gətirir. Onun valideynləri Zeynəb xanımla bir məhəllədə yaşayıb. Ona olan sevgisi də məhz oradan qaynaqlanıb. Ədilə xanım repertuarına daim Zeynəb Xanlarovanın oxuduğu mahnıları daxil edib, Zeynəb xanımı səhnə ümmanında bir atəşə bənzədən Ədilə xanım qəlblər ilahəsi olan dahi sənətkarımıza həsr etdiyi “Mənim Zeynəbim” adlı şeirində özü, sözü gözəl olan, ucadan-uca, vətənimizin mərd qızı Zeynəb xanımı belə vəsf edir:

Torpağa bağlıdır nəfəsi canı,
Dünyaya tanıtdı Azərbaycanı.
Əvəzsiz ifası “Cahargah”ının
Möhrünü vurubdur, mənim Zeynəbim.

Əlçatmaz zirvəsən musiqimizə,
Böyük məktəb oldun hər birimizə.
“Millət vəkili” tək məclisimizə,
Doğru yol göstərən mənim Zeynəbim.

Səsi gur şəlalə, sözləri “almaz”,
“Ana” varlığına laqeyd qalmaz.
Xalqına xidməti, bu da danılmaz
Zinəti özündən, mənim Zeynəbim.

Bəli, iki əsrin, iki minilliyin möcüzəsi sayılan, öz ecazkar, möhtəşəm, zövq oxşayan, tamaşaçılarını musiqi dünyasının sehrinə aparan, səsi ilə ürəkləri riqqətə gətirən Zeynəb Xanlarova haqqında çox deyilib, çox yazılıb və bu davam edəcəkdir. Onun haqqında cild-cild kitablar çıxacaq, filmlər çəkiləcək, məqalələr yazılacaq, dissertasiya işləri müdafiə olunacaq. Zeynəb Xanlarovanın yaradıcılığı bir ümmandır ki, bu gün bu qısa yazımda onun yalnız bir neçə damlası haqqında söz açdım.

Xoşbəxtliyin, bəxtəvərliyin bir rəmzidir Zeynəb xanım, elə deyilmi? O, bütün bunlara görə, sənətin zirvələrinə çatdığına görə xalqına minnətdarlığını daim dilə gətirir və bu hisslərini özünün də çox sevdiyi və şeirlərinə bəstələnmiş mahnıları sevə-sevə oxuduğu böyük Mikayıl Müşfiqin aşağıdakı misraları ilə ifadə edir:

Xəlqilə titrəyən, xəlqilə gülən,
Vətənçün yaşayan, vətənçün ölən,
Səmimi bir insan nə bəxtiyardır.

Bu gün də Zeynəb xanım gənclik həvəsilə, gənclik şövqü ilə oxuyur, yeni mahnıları ilə onu sevənlərin qəlbinə sevinc toxumu səpir. Bu arada qısa düzəlişlə xalq şairi Səməd Vurğunun sözləri ilə  bu günki yazıma nöqtə qoyuram. “Oxu Zeynəb, oxu Zeynəb qoy səsin, ürəklərdə kaman kimi titrəsin”.


Qafar Əsgərzadə
Əməkdar jurnalist,
Pedoqogika üzrə fəlsəfə doktoru, dosent.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see338

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see217

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see191

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see176

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see172

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see171

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see169

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see153

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see140

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see130

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see127

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see127

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see126

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see126

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see126

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see123

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see123

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri