Icma.az
close
up
RU
Musiqi məbədgahının mehrabı Qafar Əsgərzadə yazır

Musiqi məbədgahının mehrabı Qafar Əsgərzadə yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Qafar ƏSGƏRZADƏ
Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Bu sözlərin ünvanı hamının tanıdığı, sənətinə, şəxsiyyətinə hörmət bəslədiyi dünya şöhrətli müğənni, böyük sənətkar, SSRİ Xalq artisti Zeynəb Xanlarovadır.

Azərbaycan tarixində adlarını qızıl hərflərlə həkk edən bir neçə qadın var ki, onlardan biri də məhz Zeynəb Xanlarovadır. Bu qadını xarakterizə edən üç meyar var: sənət, şəxsiyyət, mərdlik. Bəli, bu, belədir. O, sənətdə necə zirvədədirsə, şəxsiyyət kimi də yüksəklikdədir. Çəkinmədən daim haqq sözünü deyən, ədalətsizliklə barışmayan, sözü yerli-yerində deyən mərd azərbaycanlı qadınıdır.

Sərhədləri dəmir tikanlı məftillərlə əhatə olunmuş keçmiş SSRİ dövründə ötən əsrin 60-cı illərindən başlayaraq müstəqillik qazandığımız günə kimi Zeynəb Xanlarova ifa etdiyi mahnılarında Azərbaycan adını dünyaya tanıtdırdı. Muğam üstə oxuduğu qəzəlləri və şeirləri ilə Azərbaycan xalqının qəhrəmanlığını, qeyrətini, mərdliyini, ölkəmizin füsunkar təbiətini ustalıqla milyonlara çatdırdı. Konsertinə xarici ölkələrdə yaşayan azərbaycanlıları da cəlb etməklə, onların evini ziyarət etməklə, əslində onlara həm Azərbaycan həqiqətlərini, həm onların müstəqillik, hürr yaşamaq arzularını çatdırır, həm də bir növ diaspora rəhbəri rolunu oynayırdı.

Asəf Zeynallı adına musiqi texnikumunda böyük ustad sənətkar Seyid Şuşinskinin məktəbində musiqi ifaçılığı sənətinin, muğamımızın sirlərinə vaqe olaraq öz məlahətli, təkrarsız, şirin, həlim, yeri gələndə zil səsi ilə o, səhnədə, efirdə zirvələr fəth elədi, xarüqələr yaratdı. Haqlı olaraq SSRİ Xalq rəssamı Mikayıl Abdullayev Zeynəb xanım haqqında söz açarkən deyirdi: "Zeynəb Xanlarova Azərbaycan musiqi mədəniyyəti tarixində bir mərhələdir".

Zeynəb Xanlarova Azərbaycan səhnəsinə yenilik gətirdi. İfa edərkən şuxluq, ritmiklik, canlandırma, oynaqlıq onu digər müasirlərindən fərqləndirdi. O, səhnədə heç kimi təqlid etmədi, təkrarlamadı, heç kimə bənzəmədi. Özünün əbədi yolunu cızdı ki, uzun onilliklər, elə bu günün özündə də neçə-neçə müğənni və xanəndə nəslinə örnək oldu, məktəb oldu. O, özünün Leylisi, Əslisi ilə ölməzlik ifasını qazandı.

Ötən əsrdə Bakı şəhərində baş vermiş 20 Yanvar faciəsində mərdik nümunəsi göstərən Zeynəb xanım xalqının o ağır günündə onun yanında oldu. Şəhidlər ağısı ilə sovet hökumətinə üsyan etdi, Azadlıq meydanında bu qətliamı törədən Mixayil Qorbaçova "ölüm" - deyə meydan oxudu. Bu o vaxt idi ki, Zeynəb Xanlarovaya Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilməsi haqqında fərman imzalanması üçün M.Qorbaçovun masasında idi. Buna baxmayaraq, Zeynəb xanım öz xalqını seçdi.

20 Yanvar faciəsi ilə bağlı 1990-cı il yanvarın 22-də Azərbaycan SSR Ali Sovetinin keçirilən fövqəladə sessiyasında bir çox kişi deputatların qorxudan sessiyaya qatılmadıqları halda Zeynəb Xanlarova digər fədakar deputatlarla birgə sessiyada çıxış edərək, öz etiraz səsini qaldırdı, qəbul edilən kəsərli, tarixi qərara səs verdi. Həmin sessiyanın videolentə alınıb, gələcək nəslə çatdırılması da məhz Zeynəb xanımın sayəsində mümkün olmuşdur. Belə ki, həmin tarixi sessiya Zeynəb xanımı çox çətinliklə Ali Sovetə gətirdiyi şəxsi videokamerasının hesabına videolentə alınmışdır.

O, 89 illik həyatının çoxunu Azərbaycan xalqının rifahı naminə, mədəniyyətinin inkişafı naminə həsr edib, saysız orden, medallara layiq görülüb. 30 ildən artıq parlamentdə millət vəkili kimi məhsuldar fəaliyyət göstərib. Şərqin ulduzu titulunu qazanan Zeynəb Xanlarovanın yeganə ən ali titulu "Azərbaycan xalqının Zeynəbi" fəxri adıdır. Çünki xalq onu sevir, daim hörmət və ehtiramını göstərir.

Zeynəb xanım nə qədər böyük titullar, mükafatlar sahibi olsa da, o, heç bir zaman sadəliyini, səmimiliyini itirmədi. O, biriya, saxta, pedant olmadı. Sözün əsl mənasında xalqının Zeynəbi oldu. O, daim doğulub, boya-başa çatdığı Bakının məşhur Dağlı məhəlləsi ilə fəxr elədi. Həm də o, bu gün özünün suverenliyini Azərbaycanın bütün ərazisində bərpa edən bütöv Azərbaycanla fəxr edir. Bu səadəti, bu qalibiyyəti bizə bəxş edən Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, mərd və cəsur, qəhrəman oğullarımıza daim öz minnətdarlığını, həmçinin bir sənətkar, bir ana alqışını bildirir...

Zaman-zaman Zeynəb xanımın sənəti, səsi, qazandığı uğurlar, ondakı qeyrət və s. Azərbaycanın söz ustadlarının, qələm sahiblərinin şeirlərində, yazılarında öz əksini tapıb. Elə mən özüm də onun haqqında yazılar yazmışam. Lakin bu gün məhz söz sərraflarımızın Zeynəb Xanlarovaya həsr etdiyi sənət nümunələrindən bəzi parçaları hörmətli oxucularıma təqdim etmək istəyirəm. Zeynəb Xanlarovanın repertuarında daim Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin şeirlərinə yazılmış mahnılarına və muğam üstə oxuduğu qəzəllərə rast gəlirik. Öz növbəsində S.Rüstəm daim Zeynəb xanımın sənətinə yüksək qiymət verirdi. Yurdunun, millətinin ağ gününü görməyəni daim qələminin gücü ilə tənqid atəşinə tutan S.Rüstəm illərdir, Zeynəb xanımın ürəklərə məlhəm gətirən səsi, pərəstişkarlarına sevinc payladığı ürək sözü, xoş nəfəsi ilə könül rübabının telini vəcdə gətirən, doğma vətənini uzaq-uzaq ellərdə tanıtdıran dünya şöhrətli müğənnini öz şeirində belə təsvir edir:

Günəşə qədərdir eşqin, vüqarın,

Şeirdir, nəğmədir sərvətin, varın,

Sönməz od nəfəsin yad mahnıların

Havaya sovurur külünü, Zeynəb!

Coşduqca cəh-cəhin dalğalar kimi,

Gülür dodaqların ilk bahar kimi,

Xalqınla keçirdin sənətkar kimi

Gününü, ayını, ilini Zeynəb.

Sən ey hər millətin əziz qonağı,

Solmaz ilhamımın mahnılar bağı

Böyük məhəbbətlə qardaşsayağı,

Öpürəm göyərçin əlini Zeynəb!

El anası kimi tanınan, "ürəyimdə bir həsrətin qəmi var" - deyən, hər zaman həyatsevər qələm ustadımız Xalq şairi Mirvarid Dilbazi də Zeynəb xanımın səsinin, sənətinin vurğunu, pərəstişkarı idi. O, kövrək-kövrək oxuduqca ürəklərə od salan, nəğmələri ilə tamaşaçıları ovsunlayan, ecazkar səsi ilə nəğmələrə, şeirlərə dönərək könüllərdə məşəl kimi yanan, şölələnən Zeynəb xanımı belə təsvir edir:

Bir bülbülsən gül bağında,

Söz gül açır dodağında.

Min millətin torpağında

Özü nəğmə olan Zeynəb!

Hərdən odlu, hərdən sərin,

Oxuyanda şirin-şirin.

Əfsunuyla nəğmələrin

Canımızı alan Zeynəb!

Sənə oyun da yaraşır,

Oyna, boyun da yaraşır,

Şöhrətin sərhədlər aşır,

Ürəklərə calan, Zeynəb!

Zeynəb Xanlarova daim repertuarında gözəl qəlbli ruh şairimiz Ələkbər Ziyatayın şeirlərinə yazılmış mahnılara, qəzəllərə də geniş yer ayırıb. Onların arasında "Olmalıydın, olmadın", "Sənsən sən", "Qəlbim gəl deyir", "Azərbaycanım mənim", "Səninləyəm", "Dilim-dilim ol, dilim" mahnıları çox populyarlıq qazanıb. Müğənni ilə şair arasında çox möhkəm dostluq və sənət əlaqələri olub. "Mehri - ülfətdir şüarım, mən azərbaycanlıyam" -  deyən Ə.Ziyatay Zeynəb xanımı həm də bəhruz xəyallı bir rəssama bənzədirdi. Şair Zeynəb xanımı elimizin saf məhəbbəti, yurdumuzun şux təbiəti, yüz sehrli nəğmə, Göygöldən axar ağ su, baharın öz qızı və öz səsi kimi böyük şövqlə təsvir edir, onu sənət tacı adlandırırdı:

Nəğmə onun üçün bir kainatdır,

Nəğmə onun üçün qoldur qanaddır;

Nəğmə onun üçün əsl həyatdır.

Nəğməsiz heç belə coşarmı Zeynəb,

Nəğməsiz dünyada yaşarmı Zeynəb?!

Məhsəti qüdrəti var nəğməsində,

Natəvan həsrəti var nəğməsində,

Həcərin qeyrəti var nəğməsində...

Doğma xalqdan alıb gücünü Zeynəb,

Daşıyır öz sənət tacını Zeynəb!

Uşaqlıqdan Zeynəb xanımın mahnıları ilə böyüyən, bu ölməz sənətkarın ecazkar səsinə vurulan, onu özünün gələcək sənət yoluna, müğənniliyə sövq edən tanınmış müğənni, Əməkdar artist Ədilə Nəzərli-Əflaki ilk sənət müəlliminin məhz, Zeynəb xanım olduğunu daim dilə gətirir. Onun valideynləri Zeynəb xanımla bir məhəllədə yaşayıb. Ona olan sevgisi də məhz oradan qaynaqlanıb. Ədilə xanım repertuarına daim Zeynəb Xanlarovanın oxuduğu mahnıları daxil edib, Zeynəb xanımı səhnə ümmanında bir atəşə bənzədən Ədilə xanım qəlblər ilahəsi olan dahi sənətkarımıza həsr etdiyi "Mənim Zeynəbim" adlı şeirində özü, sözü gözəl olan, ucadan-uca, vətənimizin mərd qızı Zeynəb xanımı belə vəsf edir:

Torpağa bağlıdır nəfəsi canı,

Dünyaya tanıtdı Azərbaycanı.

Əvəzsiz ifası "Cahargah"ının

Möhrünü vurubdur, mənim Zeynəbim.

Əlçatmaz zirvəsən musiqimizə,

Böyük məktəb oldun hər birimizə.

"Millət vəkili" tək məclisimizə,

Doğru yol göstərən mənim Zeynəbim.

Səsi gur şəlalə, sözləri "almaz",

"Ana" varlığına laqeyd qalmaz.

Xalqına xidməti, bu da danılmaz

Zinəti özündən, mənim Zeynəbim.

Bəli, iki əsrin, iki minilliyin möcüzəsi sayılan, öz ecazkar, möhtəşəm, zövq oxşayan, tamaşaçılarını musiqi dünyasının sehrinə aparan, səsi ilə ürəkləri riqqətə gətirən Zeynəb Xanlarova haqqında çox deyilib, çox yazılıb və bu, davam edəcəkdir. Onun haqqında cild-cild kitablar çıxacaq, filmlər çəkiləcək, məqalələr yazılacaq, dissertasiya işləri müdafiə olunacaq. Zeynəb Xanlarovanın yaradıcılığı bir ümmandır ki, bu gün bu qısa yazımda onun yalnız bir neçə damlası haqqında söz açdım.

Xoşbəxtliyin, bəxtəvərliyin bir rəmzidir Zeynəb xanım, elə deyilmi? O, bütün bunlara görə, sənətin zirvələrinə çatdığına görə xalqına minnətdarlığını daim dilə gətirir və bu hisslərini özünün də çox sevdiyi və şeirlərinə bəstələnmiş mahnıları sevə-sevə oxuduğu böyük Mikayıl Müşfiqin aşağıdakı misraları ilə ifadə edir:

Xəlqilə titrəyən, xəlqilə gülən,

Vətənçün yaşayan, vətənçün ölən,

Səmimi bir insan nə bəxtiyardır.

Bu gün də Zeynəb xanım gənclik həvəsilə, gənclik şövqü ilə oxuyur, yeni mahnıları ilə onu sevənlərin qəlbinə sevinc toxumu səpir. Bu arada qısa düzəlişlə Xalq şairi Səməd Vurğunun sözləri ilə yazıma nöqtə qoyuram: Oxu Zeynəb, oxu Zeynəb, qoy səsin, ürəklərdə kaman kimi titrəsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri