Musiqi məktəblərin müəllimlərinin attestasiyası hansı
Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov sosial media hesabında paylaşım edib. O qeyd edib ki, ilk olaraq, 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərin, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimlərinin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz bölgələrinin musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının dəyərləndirilməsi aparılacaq.
Attestasiyada iştirak edən hər bir müəllim üçün 30 dəqiqəyədək müddət nəzərdə tutulacaq. Paytaxtda ilk mərhələ Bakı Xoreoqrafiya Akademiyasında keçiriləcək. Attestasiya müsahibə formatında olacaq.
Attestasiya proqramı prosesin başlanmasına 1 ay qalmışdan gec olmayaraq müəllimlərə təqdim ediləcək. Proqram artıq Mədəniyyət Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Attestasiyada iştirak edən hər bir müəllim üçün 30 dəqiqəyədək müddət nəzərdə tutulacaq. Paytaxtda ilk mərhələ Bakı Xoreoqrafiya Akademiyasında keçiriləcək. Attestasiya müsahibə formatında olacaq.
Attestasiya proqramı prosesin başlanmasına 1 ay qalmışdan gec olmayaraq müəllimlərə təqdim ediləcək. Proqram artıq Mədəniyyət Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.
AzVision.az

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib
10 Dekabr 2024 22:33
Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib AZƏRTAC
09 Yanvar 2025 11:27
Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb
06 Dekabr 2024 14:21

