Icma.az
close
up
RU
Musiqi məktəblərindən də narazılıq var: Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər

Musiqi məktəblərindən də narazılıq var: Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyi tərəfindən 2025/2026-cı tədris ili üzrə incəsənət məktəblərinə şagird qəbulu aparılıb. 

Qəbul imtahanlarının nəticələri ilə razılaşmayan bir qrup valideyn tərəfindən redaksiyamıza müraciət daxil olub. Müraciətdə deyilir: 

“Musiqi məktəblərinə 80, 90, 100 (maksimal bal 100-dür) balla qəbul olan uşaqların çoxunu ödənişliyə salıblar. 6 ayın ödənişini qabaqcadan istəyirlər və sənəd yerləşdirilməsi üçün də çox az vaxt verilir. Nəticələr şənbə günü axşama doğru elan olundu, son gün olaraq 10 sentyabr təyin edilib. Nazirliyə, idarəyə və bir çox yerlərə şikayət etsək də, müraciətimizə baxılmır. Ödənişlər ötən ilkinə nisbətən musiqi məktəblərində 2 dəfə artıb”. 

Məsələ ilə bağlı Mədəniyyət Naziliyindən “Cebheinfo.az”-a bildirib ki, cari ildə təhsilalanların qəbulu ilk dəfə olaraq tam müsabiqə formatında və mərkəzləşdirilmiş qaydada həyata keçirilib: 

“Qəbul prosesi bir neçə mərhələdən ibarət olub: müraciət, imtahan, ixtisas və məktəb seçimi, yerləşdirmə. İlkin mərhələdə valideynlər “MyCulture” vahid şəxsi kabineti üzərindən elektron qaydada imtahanda iştirak üçün müraciət ediblər. Sonrakı mərhələdə mərkəzləşdirilmiş qaydada keçirilən əyani imtahan təşkil olunub, burada iştirakçılar seçdikləri istiqamət üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. 

İmtahan nəticəsində 50 və daha yuxarı bal toplamış namizədlər növbəti mərhələyə – ixtisas və məktəb seçiminə buraxılıb. Bu mərhələdə hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı yaradılıb”.

Bildirlib ki, keçid balları isə tamamilə müsabiqə prinsipi əsasında formalaşıb: 

“Yəni dövlət sifarişi üzrə ayrılmış yerlərə daha çox müraciət olduqda, ən yüksək nəticə göstərmiş namizədlər seçilmişdir. Məsələn, hər hansı ixtisas və məktəb üzrə 5 dövlət sifarişli yer mövcuddursa və ora 50 nəfər müraciət edibsə, ən yüksək bal toplayan ilk 5 nəfər qəbul edilib, həmin ixtisas üzrə keçid balı isə sonuncu qəbul olunan iştirakçının nəticəsinə əsasən müəyyənləşdirilib. 

Bu səbəbdən, hətta 90 və daha çox bal toplamış namizədlər belə bəzən seçdikləri ixtisas və məktəb üzrə yerlərin məhdudluğu və daha yüksək nəticə göstərmiş namizədlərin mövcudluğu səbəbindən kənarda qala biliblər. Bu, müsabiqə qaydalarının və ədalətli yerləşdirmə mexanizminin təbii nəticəsidir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri