Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənib Doğru Xəbərlər
Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramını yeniləyib.
Nazirlikdən Doğru.az-a bildirilib ki, şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyan yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılıb. Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılıb, onların əsərlərinin öyrənilməsinə üstünlük verilib.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar və violin siniflərində tətbiq olunacaq bu metodika gənc istedadların potensialının daha da inkişafına və onları peşəkar musiqi təhsili ilə təmin etməyə istiqamətlənib.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Linkə https://shorturl.at/wL6gU daxil olaraq yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış olmaq mümkündür.
Baxış sayı:74
Bu xəbər 05 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















