Icma.az
close
up
RU
Musiqili “Qaynar xətlər”imiz…

Musiqili “Qaynar xətlər”imiz…

Icma.az bildirir, Mia.az portalına istinadən.

Təbriz VƏFALI

***

Son illərdə ölkəmizdə telekommunikasiya sahəsində özünü büruzə verən sürətli inkişafın, həmçinin mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafının nəticəsidir ki, Azərbaycanda sabit telefon xətlərindən mobil telefon rabitəsinə və internetə keçid və bu sahələrin ilbəil genişlənməsi respublikamızın informasiya texnologiyaları infrastrukturunun inkişafına güclü təkan verib.

Şübhəsiz ki, həm dövlət orqanları, həm də özəl qurumlar sözügedən imkanlardan və potensialdan geniş şəkildə istifadə etməyə çalışırlar. Bunun bariz nümunələrindən biri də “Qaynar xətt”, yaxud, “Çağrı Mərkəzi” xidmət növlərinin yaradılmasıdır. 

Təbii ki, həmin xidmətlər vətəndaşlarla daha rahat və çevik formada əlaqə saxlamaq, vaxt itkisinin və yol, nəqliyyat xərcləri də daxil olmaqla əlavə xərclərin minimal həddə endirilməsi, yaranmış problemlərlə bağlı vətəndaşları maraqlandıran sualların dərhal və operativ cavablandırılması, məsləhətlərin verilməsi, informasiya dəstəyinin göstərilməsi məqsədilə yaradılıb və bunun üçün xüsusi telefon nömrəsi ayrılıb. 

“Qaynar xətlər”dən və “Çağrı Mərkəzləri”ndən bəziləri 24 saat fəaliyyət göstərsə də, digərləri şənbə və bazar günləri, eyni zamanda həftənin 5 günü saat 18.00-dan sonra “div yuxusu”na gedirlər. 

Bəzi qurumlar sualların dərhal və operativ cavablandırlmasında aktivlik nümayiş etdirsə də, əksər “Qaynar xəttlər” və “Çağrı Mərkəzləri” vətəndaşlara bir neçə dəqiqəlik, bəzən 20-30 dəqiqə mahnı, yaxud, lirik musiqi dinlədirlər. Telefon zənglərindəki uzun-uzadı mahnlar və musiqilər zəng edənlərin əsəblərini daha çox tarıma çəkir. Çünki “Qaynar xətlər”ə, “Çağrı Mərkəzləri”nə daha çox mobil telefonlarla zəng edildiyindən həm vətəndaşlar xeyli məbləğdə kontur xərcləyirlər, həm də telefonda uzun müddət gözləmək onların ağıllarını başlarından alır. 

Hələ zəng edib gözləyirsən, bir neçə dəqiqəlik mahnı və ya musiqi dinləyirsən, handan-hana telefonda deyilir ki, filan məsələylə bağlı “1” düyməsinə, bəhmənkəslə əlaqədar “2” düyməsinə, filankəsə görə “3” düyməsinə basın. Düyməni basırsan, yenə melodiya, ritmik mahnı.

Bəzi “Qaynar xətlər” və “Çağrı Mərkəzləri” isə bir neçə dəqiqəlik mahnı və musiqi dinlətdikdən sonra utanmaz-üzü qızarmaz deyirlər ki, istifadəçi məmnuniyyətini və xidmətin səviyyəsini ölçmək üçün danışıqlar qeydə alınır və dalınca yenə mahnı, yenə musiqi davam edir. 

Ona görə də axırda zəng edənin səbri tükənir, minir cin atına, onu köndələninə çapa-çapa başlayır “Qaynar xətt”i, “Çağrı Mərkəzi”ni 100-ü bir qəpikdən ucuz kəlmələrlə “yad etməyə”.

Yadımdan çıxmamişkən deyim ki, xarici ölkələrdə “Musiqi Çağrı Mərkəzi” (“Call centre the musical”) yaradılıb. Bu mərkəzlər onlara müraciət edən vətəndaşlara hər hansı bir mahnı ilə bağlı məlumat almaq, musiqi dinləmək və ya musiqi ilə əlaqəli digər xidmətlərdən yararlanmaq üçün yaradılıb. İndi Azərbaycanda adı var, özü yox

“Qaynar xətlər”ini, “Çağrı Mərkəzləri”ni yaradan qurumların və təşkilatların diqqətinə çatdırıram ki, madam vətəndaşların sorğularını dərhal və operativ cavablandırmaq əvəzinə, dəqiqələrlə musiqi və mahnı dinlətmək istəyirsiniz, barı “Call centre the musical” yaradın. Ən azından vətəndaşlar biləcəklər ki, vaxtlarını və konturlarını musiqi və mahnı dinləməyə sərf edəcəklər. 

Məndən demək, babalı Sərvərin boynuna…

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:302
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 İyul 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri