Icma.az
close
up
RU
Musiqimizin peyğəmbəri 18 sentyabr Üzeyir Haclbəylinin 140 illiyidir

Musiqimizin peyğəmbəri 18 sentyabr Üzeyir Haclbəylinin 140 illiyidir

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Rövşən Yerfi

Sosial şəbəkələrin birində istifadəçilər arasında “Yaxın tariximizdə Azərbaycanın yaradıcı dahiləriindənən ən çox kimə ehtiramınız var” sualı ilə sorğu keçirilmişdi. İştirakçıların böyük əksəriyyəti birinciliyi Üzeyir Hacıbəyliyə vermişdi. Çünki, bütün ömrünü xalqının mədəniyyətinə, maarifinə həsr etmiş bu böyük şəxsiyyətin fəaliyyətində çoxlarından fərqli olaraq heç bir qaranlıq səhifə, təzadlı cəhət tapmaq mümkün deyil. Onun yaradıcılığı tamlıqla xalqına məhəbbətin, xidmətin təkrarsız nümunəsidir.

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi əzəmətli bir yer tutur.

Azərbaycan Dövlət Tarix Arxivində bu böyük insanın adı çəkilən ona yaxın saxlama vahıdı qiymətli sənəd kimi qorunub saxlanır. Sənədlər 1904-1916-cı illərə aiddir. İlk sənəd “Yelizavetpol quberniyasının xalq məktəbləri müdiriyyəti” fondunda “Hadrut məktəbində xidmət haqqında Hacıbəyovun şəxsi işi” (Fond 406, siy.2, sax.vah.107) adlanır. Burada Üzeyir bəyin xidmətə qəbul olunmaq üçün müdiriyyətə ünvanladığı ərizəsi və Qafqaz Müəllimlər Seminariyası direktorunun onun haqqında yazılmış müsbət məzmunlu təqdimatı saxlanılır. Seminariyanın direktoru Yelizavetpol quberniyasının xalq məktəbləri müdiriyyətinə etdiyi müraciətini bu cümlə ilə bitirir: ”Nəzərinizə çatdırmaq istəyirəm ki, Üzeyir Hacıbəyov dərsləri olduqca yaxşı mənimsəmiş əla musiqiçidir”

09 iyun1904-cü ildə, o, Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir. Lakin, onun bu kənddə müəllimliyi uzun çəkməmişdir.1905-ci ildə erməni-müsəlman davası düşdüyündən əhalisinin yarısı erməni olan bu kənddə cəmi bir il işləyə bilmişdir. Haqqında yazılmış xatirələrdə qeyd olunur ki, ikinci dərs ilinin başlanmasına az qalmış kəndin yaşlı sakinlərinin məsləhəti və köməyi ilə Hadrutu tərk edib Yevlaxa, oradan da Bakıya gəlir.

Üzeyir bəyin daha bir ərizəsi 29 sentyabr 1905-ci ildə Bakı Şəhər İdarəsinin Məktəb komissiyaları sədrinə yazılmışdır (Fond 389, siy.8, sax.vah.1196). Bakı şəhərindəki rus-tatar məktəblərindən birinə işə götürülməsi xahiş edilən bu sənədi o dövrün savadlı və ən hüsnüxəttli ərizə nümunələrindən saymaq olar: ”Cənab sədr həzrətləri, sizdən xahiş edirəm ki, məni Bakı şəhərində tabeliyinizdə olan rus-tatar məktəblərindən birinə müəllimliyə qəbul edəsiz. Təyin olunmam üçün təqdim edilməli sənədlərimi də bura əlavə edirəm. Hadrut məktəbinin müəllimi Üzeyir Hacıbəyov.”

Onun bədii yaradıcılıq dövrü 1905-ci ildə «Həyat» qəzetində tərcüməçi işləyərkən publisistik fəaliyyəti ilə başlamışdır.. Həmin vaxt eyni zamanda «İrşad» qəzetinin əməkdaşı olmuşdur. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirir. Rus yazıçısı Nikolay Qoqolun «Şinel» povestini Azərbaycan dilinə tərcümə edir.

O zamanın aparıcı qəzetlərində və “Molla Nəsrəddin” jurnalında müxtəlif gizli imzalarla dərc etdirdiyi onlarla felyetonları, oçerk və parodiyaları bu gün də əhəmiyyətini itirməyən, böyük dəyəri olan əsl sənət əsərləridir.

Yazarlıqla kifayətlənməyən Üzeyir bəy əsas diqqətini həm də musiqi yaradıcılığına yönəldir, uşaqlığından ürəyində sevib saxladığı duyğularını “Leyli və Məcnun” operasını yaratmaqla bəşəriləşdirir və mədəniyyətimizə böyük bir inci bəxş edir. 1908-ci il yanvarın 12-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur. Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.

Üzeyir bəyin adı qeyd olunan digər sənədlər onun xeyriyyə tədbirlərində iştirakı ilə bağlıdır. Belə ki, 1906-cı ildən başlıca məqsədi Bakı şəhərində və quberniyasında yaşayan müsəlmanlar arasında elm və maarifi, xüsusilə ibtidai təhsili Azərbaycan və rusdillərində yaymaq, hər növ maarifçilik fəaliyyətini dəstəkləmək olan “Nəşri-maarif” adlı xeyriyyə cəmiyyəti fəaliyyətə başlamışdı. Sənədlərin birində 2 dekabr 1911-ci ildə Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr edilmiş gecənin proqramından bəhs edilir (Fond 46, siy. 2, sax.vah. 467). Orada qeyd edilir ki, yubiley gecəsində antrakt zamanı Üzeyir Hacıbəylinin rəhbərliyi ilə şərq motivləri əsasında simfonik orkestrin iştirakı baş vermişdir.

Xeyriyyə cəmiyyətinin 15.02.1913-cü ildə keçirilən tədbirində bəstəkarın “Şah Abbas” və “Ər və arvad” (Fond 46, siy. 2, sax.vah. 480), 02.04.1915-ci ildə “Rüstəm və Zöhrab” (Fond 312, siy.1, sax.vah. 208), 08.02.1916-cı ildə “Əsli və Kərəm” (Fond 312, siy. 1, sax.vah. 278) tamaşalarından parçalar təqdim olunmuşdur. Bütün bu sadalanan faktlar “Nəşri-maarif “ xeyriyyə cəmiyyətinin illik fəaliyyət hesabatlarında əks olunmuşdur.

Şərqdə ilk musiqili komediyanın, operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. Operattaların işərisində ən uğurlusu olan “Arşın mal alan” operettası 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır, beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammofon valına yazılmışdır.

Üzeyir yaradıcılığının zirvəsi isə “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında, Avropa stilində bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi də Üzeyir bəyə məxsusdur. Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sənsiz” və “Sevgili canan” romansları o qədər möhtəşəmdirlər ki, onları dinləməkdən heç vaxt yorulmursan.

Üzeyir Hacıbəyli yaradıcı şəxsiyyət olmaqla yanaşı, böyük ictimai xadim olub. Ayrı-ayrı vaxtlarda Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun elmi-nəzəri məqalələri, xüsusilə “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin tərəqqisinə qiymətli töhfələrdir.

Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Üzeyir Hacıbəylinin Azərbaycan xalqının tarixində və mədəniyyətində izi silinməz və əbədidir. Bu il 18 Sentyabrda dahi bəstəkarın dünyaya gəlməsinin 140 ili tamam olur. 1995-ci ildən onun doğum günü Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.

Həyatdasa altmış üç il – peyğəmbər ömrü yaşadı sanki, o, Azərbaycan musiqisinin peyğəmbəri, bu xalq yaşayacaq qədər seviləcək böyük dühası...

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri