Icma.az
close
up
RU
Musk: Harris qalib gəlsə, Xin bloklanmasına icazə verəcək

Musk: Harris qalib gəlsə, Xin bloklanmasına icazə verəcək

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Elon Musk hesab edir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris Amerika prezident seçkilərində qalib gəlsə, “X” sosial şəbəkəsinin mövcud olmasına imkan verməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə milyarder amerikalı teleaparıcı Co Roqana müsahibəsində bildirib.

“ABŞ-da senzura təşkilatları var. Virtual Məkanda Nifrət Nitqinə Qarşı Mübarizə Mərkəzi Corc Oruellin “1984” romanından real həyatda olan Həqiqət Nazirliyidir. Onlar reklamçıları “X” sosial şəbəkəsini boykot etməyə məcbur edirlər. Harris qalib gəlsə, boykot trendinin gücləndiyini görəcəyik və bizi bağlayacaqlar. Kamala rejimi “X” sosial platformasının mövcud olmasına imkan verməyəcək”, - deyə o bildirib. Maskın sözlərinə görə, Harris hökuməti “X”i bloklamaq üçün dezinformasiya və nifrət nitqi ilə mübarizə arqumentindən istifadə edəcək.

6 avqust 2024-cü ildə “X” Məsul Media üçün Qlobal Alyansa, Ümumdünya Reklamçılar Federasiyasına və ayrı-ayrı media korporasiyalarına qarşı sosial şəbəkənin öz səhifələrində reklam verməyən şirkətlər tərəfindən “sistematik olaraq qanunsuz boykot edilməsi” üçün iddia qaldırdı.

2023-cü ilin avqustunda Maskın sosial şəbəkəsi Virtual Məkanda Nifrət Nitqinə Qarşı Mübarizə Mərkəzini “X”in işi haqqında yalan məlumat dərc etməkdə ittiham etdi və onu məhkəməyə verdi. 2024-cü il prezidentlik kampaniyası zamanı Mərkəz keçmiş “Twitter”i Amerika seçkiləri ilə bağlı "dezinformasiya mərkəzi" adlandırıb.

Noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Onlar prezidenti, Senatın üçdə birini və Amerika Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər. Respublikaçı Donald Tramp və Demokrat Harris dövlət başçısı vəzifəsinə namizəddirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:305
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri