Icma.az
close
up
RU
Mustafa Sek: “Vəziyyəti düzəltmək üçün həmişə imkan var”

Mustafa Sek: “Vəziyyəti düzəltmək üçün həmişə imkan var”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Neftçi”nin futbolçusu Mustafa Sek klubun televiziyasına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Ağ-qaralar”a gəlişindən, həmçinin futbola ilk atdığı addımlardan, karyerasında önəmli rol oynamış böyük klublardan danışıb:

“Neftçi”yə keçəndə çox təəccübləndim. Sözün əsl mənasında bura haqda elə də məlumatım yox idi. Keçidimdən sonra isə insanlar burada məni çox yaxşı qarşıladılar və isti yanaşdılar. Yeni bir ölkə ilə tanış oldum. Səmimi olaraq deyim ki, burada çox xoşbəxtəm. Hazırda “Zirə”də çıxış edən Tiyaqo Silvanı tanıyıram. Onunla danışıb “Netftçi” haqda soruşmuşdum. O isə mənə cavabında demişdi ki, “Neftçi” Azərbaycanın ən güclü və böyük klublarından biridir. Eyni zamanda “Neftçi”nin idman üzrə müşaviri Kamil Məmmədovla danışmışdım. O, klub barədə mənə çox yaxşı məlumatlar vermişdi. Bu layihə xoşuma gəlmişdi. Ona görə də hazırda buradayam. Adaptasiya prosesi çox yaxşı keçdi. Şəhər və insanları xoşuma gəlir. Bakı müasir şəhərdir. Sözün yaxşı mənasında çox təəccübləndim. Buna görə də yaxşı adaptasiya olmuşam. Əlbəttə, yaxşı xatirələrim var. “Barselona” kimi böyük klubda futbola başlamışam. Səmimi desəm, idman bəxti üzümə gülüb ki, bu cür klublarla yolum kəsişib. İndiyədək əldə etdiklərimlə qürur duyuram. Təbii ki, İtaliyanın ən böyük klublarından biri olan “Roma”dakı dönəmi çox yaxşı xatırlayıram. Françeso Totti kimi əfsanəvi futbolçuyla eyni komandada olaraq, ondan çox şey öyrənmişəm. İstər meydanda, istərsə də meydandan kənarda. Xüsusilə peşəkar futbolçu necə olmalıdır? Öz qayğısına necə qalmalıdır? Məşqlərdə özünü necə göstərməlidir. Eyni zamanda Lusiyano Spalettini də yaxşı xatırlayıram. Məşqçi kimi mənə köməyi dəyib və tövsiyələr verib. Ona görə də hər ikisinə minnətdaram. Allahın izniylə bu vaxta qədər çıxış etdiyim ulduz futbolçulardan hansısa, nə vaxtsa gəlib Azərbaycanda “Neftçi”də oynayar. Mənim təsəvvürümdə belə yox idi ki, nə vaxtsa gəlib Azərbaycanda oynayacam. Amma Azərbaycan da futbolu da çox xoşuma gəlir. Həyat sürprizlərlə doludur”.

Seneqallı oyunçu Bakını sevdiyini və ölkənin təhlükəsizliyini də dilə gətirib:

“Bakıda ən bəyəndiyim yerlərdən biri də Port Bakunun ərazisidir. Buranın milli mətbəxini də çox xoşlayıram. Ailəmlə rahat şəkildə gəzə bilirəm. Bakı təhlükəsiz şəhərdir. Bu da mənim xoşuma gəlir. Bəyənmədiyim şeylərdən biri isə tıxacdır. Sözün düzü hansı ölkədə olmağından asılı olmayaraq, futbol demək olar ki, hər yerdə eynidir. Təbii ki, fərqlər var. Amma Azərbaycan futbolunun səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. Çünki çempionat ildən-ilə inkişaf edir”.

Sek komanda üzvləriylə yaxşı münasibətinin olduğunu və qış fasiləsindən sonra daha çıxış edəcəklərini açıqlayıb:

“Komandadakı bütün futbolçularla yaxşı münasibətim var. Hər biriylə yaxşı ünsiyyət qurmağa çalışıram. Bununla belə hər bir klubda elə oyunçu olur ki, onunla daha çox vaxt keçirirsən. Bu mənada mən Dembo Darbonu qeyd edərdim. Baş məşqçimizin öz futbol fəlsəfəsi var. Biz də çalışırıq ki, əlimizdən gələnin ən yaxşısını edək, oyunlarda özümüzü yaxşı tərəfdən göstərək və çalışdırıcımızın istəklərini yerinə yetirək. Düşünürəm ki, bundan sonra vəziyyətimiz yaxşıya doğru gedəcək. Əlbəttə, bizim də məqsədimiz budur. Düzdür, çempionata yaxşı başlamadıq, amma hər zaman pozetiv düşünmək lazımdır. Vəziyyəti düzəltmək üçün həmişə imkan var. Ümid edirəm ki, qış fasiləsindən sonra daha yaxşı oynayaraq, yaxşı nəticələr qazanacayıq ki, “Neftçi” yuxarı pillələrdə qərarlaşsın. Azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Çünki yaxşı vəziyyətdə olmamağımıza baxmayaraq, hər zaman bizi dəstəkləyirlər. Onlar bizim gücümüzdür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Yanvar 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri