Icma.az
close
up
RU
BDU nun Qazax filialında “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları Konstitusiyamız” mövzusunda intellektual yarışı keçirilib

BDU nun Qazax filialında “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları Konstitusiyamız” mövzusunda intellektual yarışı keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazax, 18 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında da mütəmadi tədbirlər təşkil edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filialda tələbələr arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda Nə?, Harada?, Nə zaman? formatlı intellektual yarış keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Filialın direktoru Arif Rüstəmov iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. A.Rüstəmov 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin sentyabrında antiterror tədbirlərində düşmən üzərində qazandığımız tarixi Zəfərimizin regionda və dünyada yeniliklərə yol açdığını, Azərbaycanın gücünü, qüdrətini dünyaya bəyan etdiyini söyləyib. Müəllifi Ulu Öndər olan, 1995-ci ildə qəbul edilən Konstitusiyamızın Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyində əsas rol oynadığını bildirib.

Münsiflər heyətinin üzvü, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, FTCH ixtisasının III kurs tələbəsi, qazi Qılınc Cəfərov yarışın qaydaları haqqında məlumat verib.

Yarışa ümumilikdə, 12 komanda - “Bayraqdarlar”, “Xəmsə”, “Ədalət qalası”, “Tarixçilər”, “Göyəzən”, “Laçın”, “Ulduzlar”, “Şuşa”, “Xocalı sədası”, “Qartal”, “Zəfər”, “Xarı bülbül” adlı komandalar qatılıb. Yarış hər komandada 5 nəfər olmaqla, ümumilikdə 60 gənci əhatə edib.

Yarış 2 turda təşkil olunub və hər turda 6 komanda iştirak edib. Yarış iştirakçılarına Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin keçdiyi tarixi yol, müasir Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, Zəfərimiz, qəhrəman şəhidlərimiz haqqında müxtəlif mövzularda suallar ünvanlanıb.

20 sualın təqdim olunduğu 1-ci turda iştirak edən komandalar içərisində “Bayraqdarlar” və “Göyəzən” komandaları final turuna vəsiqə qazanıb. O cümlədən 2-ci turda iştirak edən 6 komandadan 2 komanda - “Xarıbülbül” və “Xocalı sədası” finala vəsiqə qazanıb.

Final turunda 4 komanda iştirak edib ki, onlar üçün 15 sual səsləndirilib. Yekun nəticələrə əsasən “Bayraqdarlar” komandası 1-ci yerə, “Göyəzən” komandası 2-ci yerə, “Xocalı sədası” komandası 3-cü yerə layiq görülüblər. Həvəsləndirici yerin sahibi isə “Xarıbülbül” komandası olub.

Sonda qalib komandalar Fəxri Fərmanla mükafatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri