Icma.az
close
up
RU
Müstəqillik tariximizin zirvə nöqtəsi

Müstəqillik tariximizin zirvə nöqtəsi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilməsi müstəqillik tariximizin ən şanlı və məntiqi zirvə nöqtəsidir. 2025-ci ildə ilk dəfə təntənə ilə qeyd olunan bu əlamətdar gün 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan xalqının öz ərazi bütövlüyü, milli mənliyi və dövlət suverenliyi uğrunda apardığı dönməz mübarizənin qələbə rəmzidir.

Tarixin müxtəlif sınaqları, işğal və məhrumiyyətləri xalqımızın dövlətçilik əzmini, milli məfkurəsini sarsıda bilmədi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ədalət və qanunun aliliyinə əsaslanan suveren dövlətə sahib olmaq xalqımızın əsrlər boyu qəlbində yaşatdığı ən böyük arzu idi. Bu müqəddəs arzunun son, şərəfli və qürurlu nöqtəsi məhz 2023-cü ildə dövlət suverenliyimizin tam bərpa edilməsi ilə qoyuldu.
Xatırlamalıyıq ki, ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edərkən ölkəyə rəhbərlik edən səriştəsiz şəxslərin yarıtmaz idarəçiliyi, hərc-mərclik və Ermənistanın hərbi təcavüzü ölkəmizi varlıq sınağı ilə üz-üzə qoymuşdu. Belə bir kritik məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını həyata keçirərək dövlət müstəqilliyimizin əbədi dönməzliyini təmin etdi. Lakin həmin dövrdəki xəyanətlər nəticəsində torpaqlarımızın bir qisminin işğal altında qalması onlarca il dövlət suverenliyimizin coğrafi-inzibati bütövlüyünə mane olurdu.
Beynəlxalq hüquq müstəvisində suverenliyimiz birmənalı tanınsa da, erməni işğalı 20 faiz ərazimizdə ali hakimiyyətin və hüquqi institutların tətbiqini məhdudlaşdırmışdı. Ulu Öndərin ən böyük arzusu olan ərazi bütövlüyümüzün təmin olunması amalı ilə Prezident İlham Əliyev 20 il ərzində bütün gücünü, diplomatik məharətini və siyasi iradəsini bu ali məqsədə həsr etdi. Qüdrətli iqtisadiyyat, müasir ordu və etibarlı beynəlxalq tərəfdaşlıq platforması məhz bu böyük Zəfərin təməlini qoydu.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər işğala son qoydu. Lakin bundan sonra da Qarabağda kök salmış separatçı rejimin təxribatları, qanunsuz hərbi daşımalar və mülki şəxslərimizə, hüquq-mühafizə orqanlarına qarşı törədilən terror aktları bölgədə sülhün və quruculuğun qarşısını alırdı. Dövlətimiz dərhal qətiyyətli addımlar atdı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda “Həkəri” nəzarət-buraxılış məntəqəsi qurularaq dövlət sərhədlərimiz üzərində nəzarət tam bərpa olundu.
Nəhayət, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən və cəmi 23 saat 43 dəqiqə sürmüş dürüst lokal antiterror tədbirləri ilə separatçılara sarsıdıcı zərbə vuruldu. Ermənistan silahlı qüvvələrinin qalıqları tərksilah edilərək ağ bayraq qaldırmağa məcbur edildi. Beləliklə, ölkəmizin bütün ərazisində Konstitusiya quruluşumuz və suverenliyimiz fiziki olaraq tam bərqərar oldu.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə müqəddəs Bayrağımızı ucaltması ilə suverenliyimizin aliliyi rəsmən möhürləndi. Bu tarixi an yalnız otuzillik işğala və separatizmə vurulan son zərbə deyil, eyni zamanda Azərbaycanın yeni inkişaf erasının başlanğıcı oldu.
Bu gün tam suveren, bütöv Azərbaycan regionda yalnız hərbi gücü ilə deyil, diplomatik nüfuzu, siyasi iradəsi və genişmiqyaslı quruculuq missiyası ilə yeni sülh və inkişaf reallıqları diktə edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində modern infrastrukturlar qurulur, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri gerçəkləşdirilir, soydaşlarımız öz əzəli yurdlarına başıuca, qürurla qayıdırlar.
Suverenliyimizin tam təmin olunması bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin ən möhkəm zəmanətidir. Xalqımızın sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti və cəsur ordumuzun rəşadəti sayəsində qazanılan bu tarixi Zəfər Azərbaycan dövlətçiliyinin dayaqlarını əbədi olaraq möhkəmləndirmişdir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri