Icma.az
close
up
RU
Müstəqilliyimiz Azərbaycanı idman ölkəsinə çevirib

Müstəqilliyimiz Azərbaycanı idman ölkəsinə çevirib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dövlətin bu sahəyə qayığısı Vətənimizə möhtəşəm qələbələr qazandırıb

Gümrah bədən, polad iradə və parlaq gələcək... Bütün bunlar məhz idmanla başlayan yolun bəhrələridir. Hər il martın 5-də qeyd etdiyimiz Bədən Tərbiyəsi və İdman Günü sağlam həyat fəlsəfəsinin təntənəsidir.

Azərbaycanın müasir idman salnaməsində 5 mart təsadüfi seçilmiş tarix deyil. Belə ki, 1995-ci ilin bu günü ulu öndər Heydər Əliyev dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmişdir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu ümummilli lider Heydər Əliyevin 28 dekabr 1998-ci il tarixli Fərmanı ilə qüvvəyə minmişdir.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində demişdi: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Ulu öndərin gənclər və idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının şəxsi diqqəti və rəhbərliyi nəticəsində Azərbaycan qısa müddət ərzində dünyanın ən qabaqcıl idman ölkələri ilə eyni sırada yer almağı bacardı.

Son iki onillikdə ölkənin demək olar ki, hər rayonunda 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi istifadəyə verilib. İdmançılarımız istər yerli, istərsə də beynəlxalq miqyaslı yarışlarda idmanın bütün növləri üzrə saysız nailiyyətlərlə zəngin olan möhtəşəm zəfər salnaməsi yazıblar.

Gərgin mübarizələrdən keçmiş qələbələrlə ölkəmizi şöhrətləndirmiş bir neçə idmançımız xoş təəssüratlarını bizimlə bölüşdülər.

Vahid MƏMMƏDOV,
“Şöhrət” ordenli Əməkdar məşqçi:

– Fəaliyyətimə 1965-ci ildə, 10 yaşımda başlamışam. O dövrün idman mühiti, xüsusilə SSRİ miqyasında rəqabət həddindən artıq yüksək idi. Beynəlxalq turnirlərə, Avropa və dünya çempionatlarına, eləcə də Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mütləq şəkildə daxili birincilikdə – SSRİ çempionatında qalib gəlmək tələb olunurdu.

Hərbi xidməti başa vurandan sonra “Dinamo” idman cəmiyyətinin tərkibində çıxış edərək SSRİ idman ustası dərəcəsinə yüksəldim. Qeyd etməliyəm ki, o illərdə nəinki idman ustası, hətta dərəcəli idmançı olmaq belə yüksək hazırlıq və böyük əmək tələb edirdi. İdman ustası adı isə cəmiyyətdə xüsusi nüfuza malik olan ali status idi.

Peşəkar karyeramı 23 yaşımda, gözlənilməz qərar səbəbindən başa vurmalı oldum. Respublika çempionatı zamanı tərəziyə çıxarkən mənə bildirildi ki, yeni qaydalara əsasən, 23 yaşına çatmış və beynəlxalq dərəcəli idman ustası statusu olmayan idmançılar artıq yarışlara buraxılmırlar. Bu məcburi fasilə mənim üçün yeni yolun başlangıcı oldu. 1982-ci il yanvarın 15-də məşqçilik fəaliyyətinə başladım.

Düzünü desəm, başlanğıcda bu çətin peşəyə meylim yox idi. Lakin tanınmış mütəxəssis Rafiq Hacıyevin məsləhəti ilə “Spartak” idman cəmiyyətində müvəqqəti olaraq işə başladım. 180-nə yaxın uşaq toplayaraq beş qrup formalaşdırdım. Mənim pedaqoji prinsiplərim hər zaman “kütləvilikdən peşəkarlığa doğru” şüarı üzərində qurulub. Təkcə olimpiya çempionları deyil, həm də vətənpərvər gənclər yetişdirməyi özümə borc bilmişəm. Təsadüfi deyil ki, tələbələrim arasında Vətən uğrunda canından keçən yeddi şəhidimiz var. Bu gün geriyə baxanda görürəm ki, fədakarlıqla keçən o illər Azərbaycan idmanına bəxş edilən böyük töhfələrlə nəticələnib.

44 illik fəaliyyətimə nəzər salanda, sanki, bu yola elə dünən başlamışam kimi həvəs və məsuliyyət hiss edirəm. Peşəkar həyatım boyunca heç vaxt iddialı olmamışam, əlimdəki imkanlardan sui-istifadə etməyi özümə rəva bilməmişəm. Mənim üçün ən böyük fəxr müəllimlik şərəfini uca tutmaq və gördüyüm işə vicdanla yanaşmaq olub.

Bu gün qazandığım təcrübələrə əsaslanaraq, gənc həmkarlarıma tövsiyə edirəm ki, məşqçilərimiz yorulmadan öyrənməli, öz üzərlərində daim çalışmalıdırlar. İdmançılara isə tövsiyəm budur ki, ilk böyük uğurdan sonra arxayınlaşmasınlar. Zirvəyə qalxmaq çətindir, lakin orada qalmaq daha böyük iradə tələb edir. Maddi imkanlar və şöhrət onları öz mənəviyyatından uzaqlaşdırmasın. Dözümlü, səbirli olsunlar. Daim öyrənmək və inkişaf etmək bu yolun yeganə uğur formuludur.

Eldəniz ƏZİZLİ,
dördqat Dünya və ikiqat Avropa çempionu:

– Hazırda karyeramın dinamik və həlledici mərhələsindəyəm. Azərbaycanın idman tarixində yeganə dördqat dünya çempionu statusunu daşımağım mənim üçün böyük fəxr olsa da, mövcud nailiyyətlərlə kifayətlənməyib, peşəkar inkişafımı davam etdirmək niyyətindəyəm. Hədəfim şəxsi rekordumu təzələyərək beşqat dünya çempionu olmaqdır. İlin ən mötəbər turniri olan dünya çempionatında həm fərdi, həm də komanda daxilində ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edərək, milli zəfərlərimizin kəmiyyət və keyfiyyət göstəricilərini artıracağımıza inamım tamdır.

İdmanın gənc nəslin sosial-psixoloji inkişafındakı roluna sosioloji aspektdən yanaşsaq, bu, yalnız fiziki sağlamlıq amili deyil, həm də şəxsiyyətin formalaşmasında əsas faktordur. İdmanla mütəmadi məşğul olan gənclər dözümlü xarakter, analitik düşüncə tərzi və sarsılmaz iradə nümayiş etdirirlər. Müasir Azərbaycan dövlətinin strateji inkişaf kursunda intellektual və fiziki cəhətdən sağlam, mübariz ruhlu gəncliyin formalaşması xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, müasir cəmiyyət strukturlarının tərəqqisində idman fəaliyyəti həm sağlamlıq, həm də milli intizam kontekstində mühüm mexanizm rolunu oynayır.

Şübhəsiz ki, qazanılan çoxşaxəli nailiyyətlərin əsasında Azərbaycan dövlətinin idmana göstərdiyi yüksək diqqət və qayğı dayanır. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən strateji kurs, müasir idman infrastrukturunun qurulması və idmançılara yaradılan hərtərəfli şərait, milli bayrağımızın beynəlxalq arenalarda dalğalanmasına zəmin yaradır.

Elxan MƏMMƏDOV,
cüdo üzrə Dünya və Avropa çempionu:

– İdman həyatımın mərkəzindədir. 6 yaşımda yunan-Roma güləşi ilə məşqlərə başladım. Futbola marağım olsa da, peşəkar səviyyədə cüdo ilə məşğul olmağı seçdim. 31 yaşımda isə dünya çempionatı mənim üçün son şans idi – güclü olduğumu sübut etmək, illərlə çəkdiyim əziyyətin bəhrəsini görmək və adımı tarixə yazdırmaq istəyirdim. Hər görüşə məsuliyyətlə hazırlaşdım, finalda holland Henk Qrolu məğlub edərək Azərbaycanın tarixində cüdo üzrə ilk dünya çempionu oldum. Qələbə zamanı göz yaşlarımı saxlaya bilmədim – bu an illərlə çəkdiyim əziyyətin, hər gün zalda sərf etdiyim saatların, məşqlərin və hər əzmkarlığın mükafatı idi.

Bədən Tərbiyəsi və İdman Günü iradə və məsuliyyət dərsidir. Mənim üçün idman, uğur üçün çalışmaq deməkdir. Bu yolda hər kiçik naliyyət böyük zəfərlərin təməlidir.

Ayxan TAĞIZADƏ,
taekvondoçu:

– Unudulmaz xatirələrim çoxdur, lakin Birinci Avropa Oyunlarında taekvondo üzrə ilk qızıl medal qazandığım anın sevinci mənim üçün bir başqa idi. Final döyüşüm çətin keçmişdi. Amma deyirdim ki, vətəndə uduzmaq olmaz. Buna görə də bütün gücümü sərf edərək, qalib gəldim, qızıl medal qazandım.

Vətənimə qızıl medal qazandırmaq çox mötəbər hissdir. Oyundan sonra Prezident İlham Əliyev məni təbrik etdi. Cənab Prezidentin şəxsi təbriki mənim üçün ən böyük mükafat olmaqla yanaşı, çiyinlərimdəki məsuliyyəti bir qədər də artırdı. Məhz dövlət başçımızın yaratdığı bu mükəmməl şərait və göstərdiyi sarsılmaz etimad sayəsində biz beynəlxalq arenalarda dövlətimizin qüdrətini nümayiş etdiririk.

Bir idmançı üçün vətənini layiqincə təmsil etmək və dövlət rəhbərinin etimadını doğrultmaq karyerasının ən ali zirvəsidir. Bu diqqət və qayğı bizi hər zaman yeni, daha böyük hədəflərə doğru ruhlandıracaq.

Bu məşəqqətli nailiyyət pillələrinin hər birində dövlətin idmançılara göstərdiyi ali diqqət və qayğı ən böyük stimul mənbəyidir. Dövlət başçısının hər bir qələbəni milli qürur hadisəsi kimi dəyərləndirməsi, idmançılarımızı yeni-yeni zirvələrə ruhlandıran sarsılmaz gücdür. Bu gün əminliklə demək olar ki, Azərbaycan idmanı özünün intibah dövrünü yaşayır və bu müqəddəs yol gələcək nəsillərə nümunə olacaq.

Fidan ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2026 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri