Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

Müstəqilliyimiz əbədidir: Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiq yer tutubdur

Müstəqilliyimiz əbədidir: Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiq yer tutubdur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 iyun, AZƏRTAC

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 8-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1995-ci il iyunun 23-dən sentyabrın 20-dək olan dövrü əhatə edir. Nəşrə Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib.

Kitabda Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 15-17 mart hadisələrinə həsr olunmuş toplantıda geniş nitqi, Bolqarıstan və Rumıniyaya səfərlərinə dair materiallar verilib. Bolqarıstan Xalq Məclisində nitq söyləyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın çoxmillətli respublika olduğunu, burada yaşayan bütün xalqların milli mənsubiyyətindən, dilindən, dinindən, siyasi baxışından asılı olmayaraq, eyni hüquqa malik olduğunu diqqətə çatdırıb. Həmin nitqində Ümummilli Lider Azərbaycanın dünyada layiqli yer tutduğunu vurğulayaraq deyib: “Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiq yer tutubdur, beynəlxalq təşkilatların əksəriyyətinin üzvüdür və bu təşkilatlarda öz sülhsevər, mütərəqqi xarici siyasətini həyata keçirir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bundan sonra da qoruyacaq və bir müstəqil dövlət kimi, bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr yaradılması yolu ilə gedəcəkdir”.

Çoxcildliyin 8-ci kitabına Ümummilli Lider Heydər Əliyevin Buxarestdə Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin dövlət və hökumət başçılarının Zirvə toplantısında nitqinin mətni də daxil edilib.

Ulu Öndər Heydər Əliyev iştirak etdiyi bütün tədbirlərdə, dövlət və hökumət başçıları ilə görüşlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox insanın doğma yurdundan didərgin düşdüyünü, həmçinin erməni işğalçı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin həyata keçirilməsinin vaxtı çatdığını vurğulayıb.

Oxucular bu kitabda Ulu Öndərin Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın iclasında nitqinin mətni ilə də tanış ola bilərlər.

Dahi rəhbər Heydər Əliyev 1995-ci il avqustun 18-də Məhəmməd peyğəmbərin mövludu günü münasibətilə Təzədir məscidində dindarlarla görüşüb. Həmin görüşdə Ümummilli Lider gələcək nəsillərin də İslam yolu ilə getməsinin vacibliyini bildirib: “Biz bu bayramı böyük iftixar hissi ilə qeyd edirik. Ona görə ki, bizim müqəddəs “Qurani-Kərim” kitabımız var. Ona görə ki, biz müsəlmanlar Allahın qoyduğu yol ilə, Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedərək nailiyyətlərdən-nailiyyətlərə çatmışıq. Bu günlər biz bir daha Məhəmməd peyğəmbərin qoyduğu yola sədaqətimizi, hörmətimizi, ehtiramımızı bildiririk. Bir daha dua edirik ki, bütün gələcək nəsillər də bu yolla getsinlər. Həyatımızda rastlaşdığımız çətinliklərdən çıxmaq üçün Allah-taala, müqəddəs İslam dinimiz bizə dayaq olsun, kömək olsun. Müstəqil Azərbaycan Respublikası öz tarixinin mürəkkəb bir dövrünü yaşayır. Bu dövrün çox müsbət, xoşbəxt cəhətləri də var. Eyni zamanda, ağır, çətin, kədərləndirici cəhətləri də var”. Ümummilli Liderin nitqinin mətni 8-ci cilddə verilib.

Bu nəşrdə Ümummilli Lider Heydər Əliyevin respublikada kənd təsərrüfatının inkişafı və aqrar islahatların həyata keçirilməsi məsələlərinə həsr olunmuş geniş müşavirədə nitqi də yer alıb.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri