Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan

Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Dövlətimizin inkişaf trayektoriyası milli maraqlara söykənən yanaşma üzərində qurulmuşdur. Bu inkişaf xəttinin əsas hərəkətverici qüvvəsi isə Lider faktorudur. Güclü siyasi iradə, dəyişən qlobal reallıqları düzgün dəyərləndirmək və onlara adekvat reaksiya vermək bacarığı, eləcə də strateji qərarvermə qabiliyyəti dövlət müstəqilliyinin möhkəmlənməsini təmin edən başlıca amillər kimi çıxış etmişdir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır.2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji xətt yeni tarixi mərhələdə uğurla davam etdirilmişdir. Bu amillər dövrün çağırışlarına uyğun olaraq zənginləşdirilmiş, çevik və müasir idarəçilik elementləri ilə təkmilləşdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində mütərəqqi islahatlar dərinləşdirilmiş, qərarların icrası üzərində nəzarət mexanizmləri gücləndirilmiş, sosial ədalət və iqtisadi səmərəlilik dövlət siyasətinin əsas meyarları kimi ön plana çəkilmişdir. Bu faktorlar idarəetmədə effektivliyin və nəticəyönümlülüyün artmasına şərait yaratmışdır.Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin səmərəli həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. Son 22 il ərzində qazanılan uğurların ümumiləşdirilmiş ifadəsi Prezident İlham Əliyevin adını qalib dövlətin, qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasıdır.

2006-cı il iyulun 13-də XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin açılışı ölkəmizin enerji təhlükəsizliyi və beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynamışdır. BTC layihəsi beynəlxalq tərəfdaş ölkələr üçün də mühüm önəm kəsb edir. Bu layihə Avrasiya regionunda dövlətimizin mövqeyini gücləndirmiş, ölkəmizi Cənubi Qafqazın liderinə çevirmişdir. BTC həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın strateji əhəmiyyətini artırmışdır.BTC beynəlxalq enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilərək tərəfdaş dövlətlər üçün etibarlı enerji marşrutu kimi qəbul edilmiş, regional sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə vermişdir.Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkədə hərtərəfli yeniləşmə prosesinin əsas dayaqlarından biri kimi çıxış etmişdir. Bu proqramların icrası nəticəsində bölgələrdə infrastruktur layihələri genişlənmiş, kənd təsərrüfatı və yerli istehsal sahələrinin inkişafı üçün real imkanlar yaradılmışdır. İşsizliyin və yoxsulluğun səviyyəsinin azalması sosial siyasətin praktik nəticəsi kimi özünü göstərmişdir. Qeyri-neft sektorunun gücləndirilməsi iqtisadi şaxələnməni təmin etmiş, milli iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığını artırmışdır. Regional tarazlığın qorunması sosial ədalət prinsipinin real ifadəsinə çevrilmişdir.“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkənin davamlı inkişafı, iqtisadiyyatın şaxələnməsi və əhalinin rifahının yüksəldilməsi üçün möhkəm zəmin yaratmışdır. Strategiya beş Milli Prioritet əsasında həyata keçirilir və ölkənin iqtisadi artımının xarici təsirlərə qarşı dayanıqlığını möhkəmləndirir. Bu strategiyanın ardıcıl icrası nəticəsində iqtisadi artım davamlı, inklüziv və əhalinin rifahını artıran xarakter almışdır. Prezident İlham Əliyev artıq növbəti dövr üçün yeni sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasını tapşırmış, ölkənin gələcək çağırışlara və texnoloji tərəqqiyə hazırlığını təmin etmişdir.İqtisadi müstəqilliyin təmin olunmasında Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələrinin icrasından hər il dövlətin büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində sosialyönümlülüyün təmin edilməsinə və önəmli sosial layihələrin icrasına yönəldilir.

Prezident İlham Əliyevin regional təşəbbüsləri və diplomatik fəaliyyəti sayəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik etmiş və beynəlxalq nüfuzunu gücləndirmişdir. Eyni zamanda, Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər Azərbaycanı qlobal mədəniyyətlərarası dialoqun önəmli mərkəzlərindən birinə çevirmişdir.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və şanlı ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatmışdır. Bu Zəfər siyasi iradənin, xalq–ordu birliyinin və peşəkar hərbi strategiyanın təntənəsidir. Ardınca həyata keçirilmiş antiterror tədbirləri suverenliyin tam bərpasını təmin etmiş, yeni geosiyasi və təhlükəsizlik reallıqları formalaşdırmışdır. Bu proseslər regionda sülh və davamlı inkişaf üçün geniş imkanlar açmışdır. Böyük Qayıdışa dair dövlət proqramları işğaldan azad edilmiş ərazilərdə ən sistemli və sürətli yenidənqurma modellərindən birini formalaşdırmışdır. Qısa müddətdə irimiqyaslı infrastruktur layihələrinin icrası, yaşayış məntəqələrinin inşası və minlərlə ailənin doğma yurdlarına qayıdışı bu siyasətin real nəticələrini aydın şəkildə nümayiş etdirir.Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qalib dövlət kimi şanlı Zəfərdən, Böyük Qayıdışdan və sülh gündəliyindən qaynaqlanan yeni strateji hədəfləri müəyyənləşdirmişdir. Bu gün Cənubi Qafqazda söz sahibi olan ölkəmiz regional miqyasda ədalətin, sülhün və əməkdaşlığın təminatçısıdır.İndi bütün dünya regional liderliyimizi və bölgədə formalaşdırdığımız yeni reallıqları qəbul edir. Yeni dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi və siyasi dialoqun dərinləşdirilməsi prioritet istiqamətlər olacaqdır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri