Müştəri restoranı şərləyib 300 manat tələb etdi FOTOFAKT
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Balaxanı qəsəbəsində fəaliyyət göstərən "Neftçi" kafesi ilə sifarişçi arasında qalmaqallı insident yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə paylaşılan şikayətə görə, "Wolt" çatdırılma xidməti vasitəsilə sözügedən məkandan xaş sifariş edən Tamerlan adlı şəxs yeməyin içərisindən xırda tüklər çıxdığını iddia edərək fotosunu sosial şəbəkələrdə paylaşıb.
İddia olunur ki, kafe rəhbərliyi sifarişin məbləğini müştəriyə geri qaytarıb. Lakin buna baxmayaraq, həmin şəxs "WhatsApp" mesajlaşma tətbiqi üzərindən obyekt sahibindən əlavə olaraq 300 manat tələb edib. Toyuqlu pizza
Pul verilməyəcəyi təqdirdə sosial şəbəkələrdəki şikayət paylaşımlarını silməyəcəyini və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) şikayət edəcəyini bildirərək kafe sahibini hədələyib. Hadisə ilə bağlı mesajlaşma görüntülərinin və bank kartı məlumatlarının mövcud olduğu qeyd edilir.
Məsələ bir sıra qaranlıq məqamları da gündəmə gətirir. Belə ki, narazılıq yaranmasına baxmayaraq, sonradan yenidən eyni məkandan sifariş verilməsi və ardınca pul tələb olunması iddiaların nə dərəcədə əsaslı olduğunu sual altına alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 21 Oktyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















