Müştəri Shaurma N1dən narazıdır: Kiçik şaurma bir az da kiçilib
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
"Shaurma N1" restoranlar şəbəkəsi müştəri şikayəti ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən vətəndaş uzun müddətdən sonra aldığı kiçik şaurmanın əvvəlki ilə müqayisədə xeyli kiçildiyini iddia edib.
Müştərinin sözlərinə görə, məhsulun ölçüsü əvvəlki standartlardan fərqlənir və nəzərəçarpacaq dərəcədə azalıb.
"Uzun müddətdən sonra 'Shaurma N1'dən kiçik şaurma aldım. Məhsulun əvvəlki ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçildiyini gördüm. Demək olar ki, şaurma 'truboçka' ölçüsünə salınıb", – deyə paylaşımda bildirilir.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, son dövrlərdə müxtəlif ölkələrdə istehsalçı və iaşə müəssisələrinin qiyməti sabit saxlamaqla məhsulun çəkisini və ya ölçüsünü azaltması halları müşahidə olunur. Bu tendensiya iqtisadiyyatda "şrinkflyasiya" (shrinkflation) kimi tanınır.
Məsələ ilə bağlı "Shaurma N1"in mövqeyi məlum deyil.
Murad İsmayıl
Baxış sayı:98
Bu xəbər 07 Avqust 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















