Icma.az
close
up
RU
Müştəriyə kredit verib, dərhal da oğurladılar “Turan Bank”da nə baş verir?

Müştəriyə kredit verib, dərhal da oğurladılar “Turan Bank”da nə baş verir?

Icma.az bildirir, Bakupost portalına istinadən.


“Turan Bank”ın loqosundan istifadə edərək, sosial şəbəkələrdə kredit təklifi ilə çıxış edən dəstə inanılmayacaq dələduzluq edir.

Bu barədə Bakupost.az-a şikayətində vətəndaş Vüsal Niftalıyev qeyd edib.

Onun sözlərinə görə, 3 gün öncə İnstaqram sosial şəbəkəsində “Turan Bank”ın loqosu altında 070-512-04-59 nömrəli telefonla vətəndaşlara çox aşağı faizlə istehlak krediti təklifi ilə rastlaşıb:

“Ehtiyacım olduğundan 2 min manat kredit üçün müraciət etdim. Bir gün sonra, 13 fevralda sözügedən nömrədən mənə zəng gəldi və kredit rəsmiləşdirilməsinə başlanıldığı bildirildi. Deyildi ki, şənbə, yaxud bazar günü əlaqə saxlayacaqlar.

İstirahət günləri əlaqə saxlamalarının səbəbini isə belə izah etdilər ki, həmin vaxt növbə olmur.

Bazar günü də zəng edib, sənədləşmə işlərinin tamamlanma üzrə olduğunu bildirdilər. Bu gün səhər 08:00 radələrində isə zəng edərək, yekun işlərin aparıldığını qeyd etdilər, görüntülü danışığımız oldu, daha sonra şəxsiyyət vəsiqəmi göstərməyimi istədilər və s. Bunun ardınca xəzinədarlıqdan bir xanım əməkdaşla danışdırdılar, o xanım əməkdaşın üzü də görünürdü. Danışıqdan sonra kart nömrəmi istədilər və vəsaitin köçürüldüyünü bildirdilər. Baxdım ki, kartıma 995 manat daxil oldu. Daha sonra əməkdaş bildirdi ki, kart nömrəsini - 16 rəqəmlini bir daha təkrarlayım, çünki daha min manat köçürülməlidir. Bu vaxt mənə mesaj gəldi və gördüm ki, kartımdan vəsait silindi. Mən soruşdum ki, kartımdan vəsaiti niyə geri çəkdiniz? Əvvəlcə dedi ki, texniki məsələdir, bərpa olunacaq, mən israr edəndə isə telefonu bağladı. Bundan sonra telefon ya məşğul göstərir, ya da zəng çatmır”.

Şikayətçinin sözlərinə görə, ona göndərilən kredit müqaviləsi “Turan Bank” adına olmayıb.

Müqavilədə 1000 manat istehlak kreditini 3 aylıq götürməsi və hər ayın 16-da 350 manat ödəyəcəyi ilə bağlı öhdəlik var:

“Kredit müqaviləsinə baxdım ki, mənimlə “Kred Aqro” bank olmayan kredit təşkilatı arasında bağlanıb. Bunun səbəbini soruşanda zəng edən adam bildirmişdi ki, “Turan Bank”la əməkdaşlıq edirlər, onlara bağlı təşkilatdır.

Nə baş verdiyini aydınlaşdırmaq üçün “Turan Bank”ın baş ofisinə müraciət etdim, mənə dedilər ki, “Kred Aqro” adlı BOKT ilə əməkdaş deyillər, adıma isə “Turan Bank”da kredit açılmayıb və heç bir kömək edə bilməzlər.

Ona görə də yaşayış yerim üzrə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə şikayət etdim və dələduzların tapılmasını xahiş etdim”.

Şikayətçi bildirib ki, bank çıxarışını artıq əldə edib, onun “Turan Bank” kartına bu gün saat 08:57:41-də 995 manat 61 qəpik mədaxil edilib, saat 09:06:53-də isə (təxminən 9 dəqiqə sonra) 988 manat kartından silinib. Vəsait “Turan Bank” kartından “Leo Bank” kartına məxaric edilib.

“Mən müqaviləni imzalamamışam, nə onlayn olaraq, nə də canlı. Bu vəsait necə köçürülür və necə çıxarılır? Mən imzalamadığım halda necə öhdəlik götürürəm? O nömrə ilə, açıq şəkildə mənimlə necə görüntülü əlaqə saxlayırlar? Vəsaiti kartıma necə köçürür və necə silə bilirlər?

“Turan Bank”dan bildirildi ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur, dələduzlar onların adından sui-istifadə edir. Ancaq normal bank öz adını qorumalıdır. Sosial şəbəkədə “Turan Bank”ın adından sui-istifadə edirlər, ancaq bank buna qarşı heç bir tədbir görmür. Bank öz adını qorumaq üçün heç olmasa mən müraciət edəndən sonra araşdırma başlatmalı idi. Ancaq “Turan Bank”ın baş ofisində bunu adi qarşıladılar və “adımızdan sui-istifadə edilir” deyib keçdilər. “Turan Bank” öz müştərisinə kömək edə bilərdi, pul necə gəlib, neçə çəkilib deyə”, - şikayətçi vurğulayıb.

O qeyd edib ki, “Kred Aqro” ilə hələ əlaqə saxlaya bilməyib, çünki onda olan və əlaqə saxlanılan telefon daimi məşğuldur və yaxud zəng çatmır, ofisə birbaşa müraciət etməyə isə fürsət tapmayıb.

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Fevral 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri