Icma.az
close
up
RU
Mütəmadi istifadə edilməsi tövsiyə olunan yeddi məhsul

Mütəmadi istifadə edilməsi tövsiyə olunan yeddi məhsul

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzi inqrediyentlər sağlamlığımıza müsbət təsir göstərə bilər.

AZƏRTAC xəbər verir ki, bu prosesi asanlaşdırmaq üçün tədqiqatçılar 1000-dən çox xam məhsulu təhlil edib. Aşağıda onlardan yeddisinə dair təqdimat var:

Badam

Badam E vitamini və faydalı yağlarla zəngindir. Xolesterinin səviyyəsini azaltmaq və bağırsaqların fəaliyyətini yaxşılaşdırmaqla ürək-damar sisteminin işini gücləndirir. 12 həftə ərzində hər gün badamın qəbulu iltihabı azaldır və butiratın (yoğun bağırsaq hüceyrələrini qidalandıran və bağırsaq divarlarını möhkəmləndirən yağ turşusu) miqdarını artırır. Bütöv və üyüdülmüş badam yarımfabrikatlardan daha faydalıdır.

İspanağı əvəz edən tərəvəz - manqold

Manqold betalainlər (neyroprotektorlar) və nitratlar (qan dövranını yaxşılaşdırır və qan təzyiqini azaldır), həmçinin çoxlu miqdarda antioksidantlar (kversetin), maqnezium və K vitamini ehtiva edir. Qida maddələrini qorumaq üçün onu həddindən artıq bişirməyin, çünki ən çox faydalı maddələr yarpaqlarda toplanır.

Vəzəri

Yüksək qida sıxlığına görə ən yaxşı bitki mənşəli antidepresant hesab olunur. Xərçəng hüceyrələrinin böyüməsini ləngidə bilən fenetilizotiosianatla, həmçinin B qrupu vitaminləri, C, E vitaminləri və göz sağlamlığı üçün faydalı luteinlə zəngindir.

Çuğundur yarpaqları

Onlar tez-tez çölə atılır, lakin yarpaqlarda kökündən daha çox zülal, mineral maddələr və K vitamini olur. Onların istifadəsi “pis” xolesterinin səviyyəsinin azalması və DNT-nin oksidləşdirici zədələnmədən qorunması ilə əlaqələndirilir. Laboratoriya tədqiqatları göstərir ki, həzm edildikdən sonra da bioloji fəallığını saxlayır.

Çia toxumları

Omeqa-3 yağ turşuları, lif və B qrupu vitaminləri ilə zəngindir. Ürək və immun sisteminin sağlamlığını dəstəkləyir. Problem ondadır ki, onları bütöv halda yedikdə qida maddələri daxilində qalır. Omeqa yağlarının daha əlçatan olması üçün toxumları istehlakdan əvvəl üyütmək lazımdır.

Balqabaq toxumları

Ürək sağlamlığı üçün faydalı olan linolenik və oleik turşuları ehtiva edir və toksinlərə qarşı neyroprotektiv xüsusiyyətlərə malikdir. Onların istifadəsi narahatlığın azalması, yaddaşın və koqnitiv qabiliyyətlərin yaxşılaşması ilə əlaqələndirilir. Qovrulmuş toxumlar xam toxumlardan daha faydalı ola bilər, çünki qovrulma zamanı daha çox antioksidant ayrılır.

Zəncirotu yarpaqları

Əlavəsiz və çox miqdarda istifadə edildikdə, A, C, K vitaminləri və flavonoidlərlə zəngin olur. İltihabəleyhinə və potensial xərçəngə qarşı təsirə malikdir. Onları salatlara, şorbalara əlavə etmək və ya çay əvəzedicisi kimi istifadə etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Fevral 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri