Icma.az
close
up
RU
Karbohidratsız qidalanma immun sistemini zəiflədə bilər Mütəxəssis

Karbohidratsız qidalanma immun sistemini zəiflədə bilər Mütəxəssis

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Mütəxəssislərdən qripə qarşı yeni resept: "Qripə qarşı çörək yeyin"

Xüsusilə qış aylarında infeksion xəstəliklərin geniş yayıldığı dövrlərdə qidalanmadan karbohidratları çıxarmaq ən böyük səhvlərdən biri ola bilər. İmmunitet sistemini gücləndirmək üçün çörəyin rasiondan çıxarılmaması tövsiyə olunur.

"Karbohidratsız qidalanma immun sistemini zəiflədə bilər".

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu qidalanma və pəhriz üzrə mütəxəssis Nur Ecem Baydı Ozman deyib.

Mütəxəssis qida qruplarının balanslı şəkildə istehlak edilməsinin vacib olduğunu vurğulayıb:

"Kilo nəzarəti və ya başqa səbəblərdən çörək və makaron kimi karbohidrat tərkibli qidalardan uzaq durmaq böyük bir səhvdir. Çünki karbohidratlar orqanizmin əsas enerji mənbəyi olduğuna görə, onların çatışmazlığı immun sisteminə mənfi təsir edə bilər. Türk xalqının ən mühüm qida mənbələrindən biri olan çörək sürətlə enerji mənbəyinə çevrilir. Əgər karbohidrat istehlakını məhdudlaşdırmağı tələb edən xüsusi bir xəstəliyiniz yoxdursa, çörəyi pəhrizinizdən çıxarmayın".

"Çörək ürək sağlamlığına faydalıdır".

Xalq arasında yayılmış fikirlərin əksinə, çörəyin yüksək kalorili olmadığı bildirilir. Ozman vurğulayıb ki, 25 qram tam buğda çörəyi cəmi 63 kaloridir. Bu çörək növü liflə zəngin olduğuna görə, qan şəkərini tənzimləyir və qidalandırıcı maddələrlə boldur. B vitaminləri bədənin enerji ehtiyacını qarşılayır, fol turşusu isə ürək sağlamlığı üçün olduqca vacibdir".

"Gündəlik enerjinin üçdə birini qarşılayır".

Məlumata görə, gündəlik 200 qram çörək istehlak edildikdə insanın enerji ehtiyacının 35%-i, protein ehtiyacının 25%-i və lif ehtiyacının 55%-i qarşılanır. Bundan əlavə, çörək maqnezium, kalium, natrium, A, E, B1, B2, B6 vitaminləri, niasin, mis, sink, dəmir və fosfat kimi həyati əhəmiyyət daşıyan maddələrlə zəngindir. Çörəyin tərkibinə əlavə edilən C vitamini isə proteinlərin keyfiyyətini artıraraq çörəyin daha yaxşı formalaşmasına və daha yüksək qida dəyərinə sahib olmasına kömək edir.

"Ən təhlükəsiz qida çörəkdir".

Son dövrlərdə pestisidlər (bitkilərə zərər verən həşəratları məhv etmək üçün istifadə olunan kimyəvi maddələr) qida təhlükəsizliyi sahəsində ciddi narahatlıq doğurur. Lakin mütəxəssislər bildirir ki, çörək ən təhlükəsiz qidalardan biridir.

Türkiyə Un Sənayeçiləri Federasiyasının (TUSAF) sədri Haluk Tezcanın sözlərinə görə, Aqrar istehsalda ən az kimyəvi maddə buğdaya tətbiq edilir. Üstəlik, buğda un halına gətirilərkən müxtəlif emal proseslərindən keçir. Bu səbəbdən də, çörək və un məmulatları qida təhlükəsizliyi baxımından daha etibarlıdır. Son 10 ildə illik 3 milyon tondan çox un ixrac edirik və məhsullarımız heç bir ölkədən geri qaytarılmayıb".

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Fevral 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri