Müttəfiqlər ABŞ a daha az kəşfiyyat bilgisi verəcək Trampın Putinlə yaxınlaşmasına görə
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bəzi ABŞ müttəfiqləri Donald Tramp administrasiyasının Rusiyaya qarşı yumşaq mövqeyi səbəbindən Vaşinqtonla paylaşdıqları kəşfiyyat məlumatlarının həcmini azaltmağı nəzərdən keçirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə NBC News dörd mənbəyə istinadən məlumat yayıb.
Mənbələrə görə, xarici kəşfiyyat mənbələrinin ifşa olunma ehtimalı bəzi ölkələrdə narahatlıq yaradıb və buna görə də kəşfiyyat məlumatlarının paylaşılması məsələsi yenidən dəyərləndirilir.
ABŞ müttəfiqləri – İsrail, Səudiyyə Ərəbistanı və "Beş Göz" alyansının üzvləri (ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya) kəşfiyyat məlumatlarının ötürülməsi protokollarını yenidən nəzərdən keçirmək imkanını öyrənirlər.
Mənbələrin sözlərinə görə:
"Bu müzakirələr artıq gedir".
Lakin hələ ki, heç bir yekun qərar və ya konkret addım atılmayıb.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Mart 2025 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















