Icma.az
close
up
RU
Muxtar Babayev: COP29 konfransı çərçivəsində tarixi addımlar atdıq

Muxtar Babayev: COP29 konfransı çərçivəsində tarixi addımlar atdıq

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, bu fikirləri Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Özbəkistanda keçirilən ilk Səmərqənd Beynəlxalq İqlim Forumu çərçivəsində “Qlobal iqlim çağırışları qarşısında Mərkəzi Asiya: ümumi rifah naminə birləşmə” mövzusunda çıxışı zamanı söyləyib.
M.Babayev bildirib ki, COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il azı 300 milyard ABŞ dollarının səfərbər edilməsi ilə bağlı maliyyə hədəfi razılaşdırılıb. “Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün struktur üzərində aparılan işləri tamamlamışıq. Zərər və ziyanların kompensasiyası fondu istifadəyə verilib. 50-dən artıq ölkə COP29-un Yaşıl enerji zonaları və Dəhlizləri Haqqında Bəyannaməni təsdiqləyib. Bu irəliləyişlər Bakıda əldə olunub və çoxtərəfli sistemi gücləndirib. Eyni zamanda, Paris Sazişindən sonrakı ikinci onillikdə trilyonlarla dollar dəyərində iqlim maliyyəsinin açılmasına şərait yaradacaq. Buna nail olmağımızda bizə kömək edən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə o qeyd edib.
M.Babayev həmçinin bildirib ki, bu il bütün ölkələr yeni reallıqla üzləşib və müvafiq olaraq qarşıdakı vəzifələr də dəyişib: “Paris Sazişi qəbul edildiyi vaxtdan keçən 10 ildə biz çoxtərəfli iqlim sisteminin əsaslarını və arxitekturasını qurmuşuq. Hazırda isə tam həyata keçirmə mərhələsindəyik. İrəliləyiş artıq birgə razılaşdırdığımız qərarlardan deyil, ayrı-ayrılıqda atdığımız addımlardan asılı olacaq. Hər bir ölkə öz növbəsində irəliyə addım atmalıdır”.
O, daha sonra deyib: “Əvvəla, Bakıda razılaşdırılmış maliyyə hədəfini əsas götürərək, indi pakt qəbul edilməlidir. Donor ölkələr 300 milyard dollarlıq hədəfə öz ədalətli töhfələrini necə verəcəklərini müəyyən etməlidirlər. Burada iştirak edən çoxsaylı beynəlxalq maliyyə institutlarına və inkişaf banklarına fəal iştiraka görə minnətdaram. Bu, ümumi öhdəlik idi və birlikdə yerinə yetirilməlidir.
Biz 2035-ci ilə qədər iqlim maliyyəsinin illik 1,3 trilyon dollara çatdırılması üçün Bakıdan Belenə qədər olan yol xəritəsi üzərində işləməyə davam edəcəyik. Məqsəd 2035-ci ilə qədər iqlim maliyyəsini illik 1,3 trilyon dollara çatdırmaqdır. Qarşıda bizi çox önəmli bir il gözləyir, belə ki, bu müddət ərzində hər bir ölkə öz milli iqlim planlarında daha yüksək ambisiyalar nümayiş etdirməlidir.
Hamımız Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) kimi tanınmış istixana qazı emissiyalarını necə azaldacağımızı əks etdirən planlar hazırlamalıyıq. Bu NDC-lərin sentyabr ayından gec olmayaraq təqdim edilməsi son dərəcə vacibdir. Bu, həmin sənədlərin COP30 konfransına qədər ümumiləşdirilərək kollektiv irəliləyişimizi qiymətləndirməyə imkan verəcək.
Bundan sonra bizə iqlim dəyişikliyinin nəticələrinə necə uyğunlaşacağımıza dair milli adaptasiya planı lazımdır. Və nəhayət, etibar və əminliyi gücləndirmək üçün şəffaflıqla bağlı ilk hesabatlarımızı təqdim etməliyik. İnkişaf etməkdə olan bir ölkə kimi Azərbaycan belə hesabatların hazırlanmasının çətinliyini anlayır. Biz Bakıda potensialın artırılması üçün seminarlar təşkil etmişik, BMT sistemi ilə birlikdə dəstəyi səfərbər etmişik. Bu gün bu dəstək bütün ehtiyacı olanlar üçün əlçatandır.
Biz həmçinin hesab edirik ki, bu hesabatların maksimum dərəcədə etibarlı və şəffaf olması hər kəsin marağındadır. Çünki məhz belə hesabatlar yaşıl investisiyalar üçün yaşıl işıq yandıra bilər. Hədəf və müddətlərin müəyyənləşdirilməsi, prioritetlərin təsnifatı, hökumətlərin iqlim dəyişiklikləri ilə sadiqliyinin nümayişi və şəffaf hesabatlılıq güclü bazar siqnalları verəcək. Bu siqnallar kapitalı cəlb edəcək və yönəldəcək. Gələcəyimizi formalaşdırmağın yeganə yolu kollektiv fəaliyyətdir”.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri