Icma.az
close
up
RU
Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur

Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vyana, 10 iyul, AZƏRTAC

Enerji sistemlərinin gələcəyi ilə bağlı təqdim olunan məlumatlar və statistik göstəricilər xüsusi diqqət cəlb edir.

Bunu AZƏRTAC-a açıqlamasında Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında iştirak edən Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib.

“OPEC-in çox zəngin statistik bazası var. Burada həm keçmişdəki investisiyalar, istehsalat və istehlak göstəriciləri, həm də logistika və gələcəyə yönəlmiş layihələr üzrə geniş statistik məlumatlar və trendlər təqdim olunur”, - deyə Muxtar Babayev deyib.

O, əlavə edib ki, seminarda aparıcı enerji istehsalçılarının əksəriyyəti təmsil olunub və bu da gələcək enerji istehsalı və istehlakı ilə bağlı ümumi yanaşmalarla tanış olmaq baxımından faydalıdır.

Muxtar Babayev vurğulayıb ki, bir sıra ölkələr artıq xalis sıfır və dekarbonizasiya proqramlarını qəbul edib və bu proqramlar çərçivəsində yaşıl enerjiyə xüsusi yer ayrılır: “Yaşıl hidrogen və digər alternativ enerji layihələri, eləcə də onların logistik imkanları ilə bağlı müxtəlif baxışlar və perspektivlər burada müzakirə olunur”.

Muxtar Babayev bildirib ki, seminarda COP29 və COP30 komandaları da təmsil olunub. İyulun 10-da seminar çərçivəsində “COP29-dan COP30-a doğru” adlı yüksəksəviyyəli panel müzakirəsi təşkil olunacaq və gündəlikdəki məsələlər interaktiv formatda müzakirə ediləcək.

Aytən Abbaslı,

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbirləri

Vyana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri