Icma.az
close
up
RU
NABAT AŞURBƏYOVA AZƏRBAYCAN XANIMININ NÜMUNƏVİ OBRAZIDIR!

NABAT AŞURBƏYOVA AZƏRBAYCAN XANIMININ NÜMUNƏVİ OBRAZIDIR!

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarix səhnəsində elə insanlar olmuşdur ki, onların adı sadəcə bir şəxsiyyətin təcəssümü deyil, bütöv bir xalqın mənəvi gücünü, əxlaqını və mərhəmətini yaşadır. Belə insanlardan biri də Nabat xanım Aşurbəyovadır. O, öz fəaliyyəti ilə Azərbaycan xanımının örnək obrazını yaratmışdır.

1795-ci ildə Bakıda dünyaya göz açan Nabat xanım zəngin və nəcib Aşurbəyovlar nəslinə mənsub idi. Lakin onun adını tarixə yazdıran mənsub olduğu soy yox, qəlbindəki xoş niyyəti sahib olduğu sərvəti millətinə, dininə, yoxsul və kasıb təbəqəyə fəda etməsi, xeyriyyəçilik yolunda göstərdiyi əzm və əxlaqı oldu.
Nabat xanım Aşurbəyovanın xeyriyəçilik fəaliyyəti nəinki qadınların, hətta kişilərin çoxuna  belə nümunə ola bilər.
Nabat xanım neftdən və əmlakdan əldə etdiyi gəliri şəxsi ehtiyaclarına deyil, xalqın rifahına yönəltmişdi. Sabunçu xəstəxanasında kasıbların müalicəsini təmin edən, pulsuz xidmət göstərən hamamlar tikdirən bu xanım – əslində millətin canına məlhəm, ruhuna qüvvət olmuşdu. Onun fəaliyyəti içində ən əzəmətlisi – Təzəpir məscidinin inşasıdır. 
Zivər bəy Əhmədbəyovun layihəsi əsasında əsası qoyulan bu müqəddəs məkan, nəinki ibadət yeri həm də Nabat xanımın dini inamının, milli kimliyə sədaqətinin və qadın iradəsinin möhtəşəm simvoludur. Yaşadığı dövrün çətinliklərinə, patriarxal mühitin basqılarına baxmayaraq, bu xanım öz qətiyyəti ilə məscid tikməklə həm də millətə ruhani cəhətdən dayaq oldu. 
Ömrünün son günlərinə qədər xalqla birgə olması, imkansızlara əl tutması – xalqın dilində Ona  "Ana Nabat" adını doğurmuşdu.
117 illik ömrünü Allaha, millətə və mərhəmətə xidmətlə başa vuran bu Azərbaycan xanımı, nəinki dövrünün, həm də gələcək nəsillərin ilham mənbəyidir. 
Nabat xanım Aşurbəyova  sübut etdi ki, qadın – təkcə ailənin deyil, həm də xalqın dayağı ola bilər.
Bu gün Nabat xanımın adı ilə bağlı küçələr, ibadət məkanları və xalq yaddaşı var.  Amma onun ən böyük abidəsi – xalqın qəlbində ucalan mərhəmət və şəfqət heykəlidir.
Nabat xanım Aşurbəyova obrazında biz Azərbaycan qadınının necə əzəmətli, alicənab və müdrik ola biləcəyini görürük. 

Nabat xanım Aşurbəyova Azərbaycan  xalqının  heysiyyətı ,  qadın ləyaqətinin canlı simasıdır. Onun irsi qarşısında baş əyir və deyirik: əbədi yaşa, Azərbaycan qadını !!!

Qəvami SADIQBƏYLİ
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 İyul 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri