Icma.az
close
up
RU
Nadejda İsmayılova: Dalğa zirvədir

Nadejda İsmayılova: Dalğa zirvədir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 iyun, AZƏRTAC

Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyi ilə Azərbaycanın Əməkdar jurnalisti, televiziya aparıcısı, yazıçı, publisist və ssenarist Nadejda İsmayılova ilə "Yubiley ilində yaradıcılıq görüşü" keçirilib.

AZƏRTAC xəbər verir, görüş zamanı 90 illik ömür yolunda topladığı zəngin təcrübəni iştirakçılarla bölüşən Nadejda İsmayılova jurnalistikaya gəldiyi ilk illərdən, çalışdığı layihələrdən və yaddaşında iz qoyan hadisələrdən, o cümlədən kino sahəsindəki fəaliyyətindən söhbət açıb. İştirakçılar N.İsmayılovanın zəngin təcrübəsi və həyat yolu ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

İxtisasca filoloq olsa da hər zaman jurnalist olmaq istədiyini qeyd edən N.İsmayılova artıq məktəb illərindən bununla bağlı qərar verdiyini deyib. Televiziyanın onu valeh etdiyini, sonradan həyat yoldaşı Rasim İsmayılovun sayəsində kino ilə məşğul olmağa başladığını bildirib. O, fəaliyyətində hər zaman bir prinsipə əməl etdiyini vurğulayıb: auditoriyası, izləyicisi ilə eyni dalğada olmaq.

Görüş zamanı, həmçinin N.İsmayılovanın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən videokadrlar, ssenari müəllifi olduğu filmlərdən qısa fraqmentlər nümayiş etdirilib.

Görüşdən sonra AZƏRTAC-ın müxbirləri ilə həmsöhbət olan Nadejda İsmayılova bildirib ki, geriyə baxanda və fəaliyyətinə nəzər salanda daha çox "Dalğa" verilişinin onu qürurlandırdığını deyib:

"Bu, təkcə mənim fikrim deyil, tamaşaçılar da hesab edir ki, “Dalğa” zirvədir. Həmin veriliş sosial ədalətin, həqiqətin zirvəsidir. Ölkənizin ağrı-acısını onunla birlikdə yaşadığınız, keçirdiyi çətinlikləri özünüzünkü hesab etdiyiniz zaman sadəcə emosional narahatlıq keçirmirsiniz, eyni zamanda, nəyinsə dəyişməsi, problemlərin həll olunması və həqiqətin üzə çıxması üçün çalışırsınız. Mənim üçün ən böyük dəyər və yaradıcılıq fəaliyyətimin zirvəsi də məhz budur. Qalan işlərimə gəlincə, etdiyim hər şeyi sevirəm. Onların bəyənib-bəyənilməməsinə mən yox, tamaşaçı qərar verməlidir", - deyə N. İsmayılova vurğulayıb.

Peşə fəaliyyəti dövründə onu ən çox təsirləndirən hadisələrdən danışan Nadejda İsmayılova bildirib ki, yaddaşında silinməz iz qoyan məqamlar çox olub. O, xüsusilə Bakıda komendant saatı tətbiq olunan gərgin dövrü xatırladıb: "Belə hadisələr yetəri qədərdir, ancaq ən çox yaddaqalan məqamlardan biri Bakıda komendant saatı dövründə yaşananlar idi. Həmin vaxt şəhərdə hökm sürən ab-hava, insanların keçirdiyi hisslər və ümumi vəziyyət mənə çox güclü təsir göstərmişdi. O illərdə şahidi olduğum bəzi mənzərələr bu gün də gözlərimin önündədir. Bunlar insanın ömrünün sonuna qədər unutmadığı xatirələrdir".

Azərbaycanın Xalq artisti, görkəmli kino və teatr aktrisası Həmidə Ömərova Nadejda İsmayılova haqqında deyib: "O, insanlara qarşı çox mehriban və diqqətlidir. Nadejda xanım neçə illər həyat yoldaşı Rasim İsmayılovla birgə bizim qonşumuz olublar. Sonra mən oradan köçdüm, amma mən heç vaxt unuda bilməyəcəyim bir hadisəyə şahid olmuşdum. Bunu heç Nadejda xanım da bilmir. Rasim İsmayılov dünyasını dəyişəndən sonra Nadejda xanım eyvanda şalı çiyninə salıb sürətlə o tərəfə, bu tərəfə gedirdi. Mən onda bildim ki, Nadejda xanım həyatının bəlkə də əsl mənasını itirib. Bu gün də Rasim İsmayılov haqqında danışanda, mən hiss eləyirdim bu illərdə, onun qəlbində, onun hər bir hüceyrəsində Rasim İsmayılov yaşayır. Onu yaşadan ailəsinə sevgisi, qızı Cəmiləyə, nəvələrinə olan məhəbbətidir, bir də onun əsərləri.

Qonşu olsaq da, təəssüflər olsun ki, Nadejda xanımla bir layihədə işləməmişəm. Mən çox şadam ki, bu yaşında Nadejda İsmayılova öz həyatsevərliyini, öz gözəlliyini, öz təravətini və işləmək həvəsini qoruyub saxlayıb. Mən ona ancaq uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram".

Əməkdar artist, teleaparıcı Nailə İslamzadə Nadejda İsmayılovanı 43 ildir tanıdığını və vaxtilə birlikdə işlədiklərini bildirib: "Uzun müddət Azərbaycan Televiziyasında işləmişik. Keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) işləyəndə, Multimedia Mərkəzinin rəisi idim, eyni zamanda, "Kultura Plyus" internet televiziyasını mənə tapşırmışdılar. Nadejda xanımı rus dilində verilişlər olan redaksiyaya dəvət etdim. Orada bir çox nəzərəçarpan işlər ərsəyə gətirdik.

Nadejda İsmayılova adı jurnalistikamıza çox böyük hərflərlə yazılmış, publisistdir, kino-dramaturqdur. Çox yaxşı ssenariləri var, yazıçıdır, televiziya aparıcısıdır. O, o qədər böyük təcrübəyə sahibdir ki, mən düşünürəm, universitetlərdə, jurnalistika fakültəsində oxuyanlar, ümumiyyətlə, bütün jurnalistlər onun yaradıcılığını araşdırmalı və öyrənməlidirlər. Nadejda xanım həm də hər bir cəhətdən əvəzolunmaz dərəcədə gözəl insandır. Ona cansağlığı arzulayıram. Çox istəyərdim ki, bundan sonra da o, gözəl filmlər hazırlasın, kitablar yazsın. Allah ona cansağlığı versin ki, hələ yenə də bu verilişləri aparsın".

Müxbir - Göyçək Mahmudlu

Tərcümə etdi: Səbinə Mütəllimzadə

Videooperator - Namiq Abdullayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see413

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see253

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see250

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see233

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see233

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see233

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see232

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see230

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see229

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see228

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see225

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see222

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see215

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see214

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see213

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see210

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see209

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see203

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see193

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri