Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Nadejda İsmayılova: Jurnalist acı ağrıya və itkiyə məruz qalan insanların yanında olmalıdır

Nadejda İsmayılova: Jurnalist acı ağrıya və itkiyə məruz qalan insanların yanında olmalıdır

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Əməkdar jurnalisti, televiziya aparıcısı və ssenarist Nadejda İsmayılova milli jurnalistikanın əsas simalarından biridir. Onun adı böyük dəyişikliklər və mürəkkəb tarixi sınaqlar dövrü ilə ayrılmaz şəkildə bağlıdır. Nadejda xanım özünün 90 illik yubileyi ərəfəsində fəal, tələbkar olaraq qalır və media sahəsində inkişaf proseslərini yaxından izləməyə davam edir.

Nadejda İsmayılova AZƏRTAC-a eksklüziv müsahibəsində peşəsi ilə bağlı məqsədlərindən, müasir tarixin ən dramatik dövrlərində fəaliyyətindən, 1980-1990-cı illərdə Azərbaycan televiziyasında aparıcılıq etdiyi “Dalğa” proqramından, kino sahəsindəki təcrübəsindən və jurnalistin onilliklər boyu cəmiyyətin maraq dairəsində qalmasına kömək edən keyfiyyətlərdən danışıb.

- Nadejda xanım, sizi jurnalistikada cəsarət və peşəkarlıq mücəssəməsi adlandırıblar. Bu maraqlı peşədə sizə kim nümunə olub?

- Bu, çətin sualdır. Özümü heç vaxt yüksək dərəcədə mətin və ya cəsarətli hesab etməmişəm. Bəli, dürüst olmuşam. Amma cəsarət zamanla, təcrübə ilə gəlib. Mənim izlədiyim konkret bir təlimat yox idi. Əksinə, bu, mənim öz inkişafımla bağlı olub. Bəxtim gətirdi: tale məni lap əvvəldən böyük, güclü və dürüst insanlarla tanış etdi. Həmin insanlarla müsahibələr apardım, həyatları ilə maraqlandım və onlardan öyrəndim.

Onların arasında repressiyalardan sağ çıxan və elmi irsini qoruyub saxlayan akademik Dəmir Hacıyev, daim öz mövqeyi ilə fərqlənən, mürəkkəb xarakterli və kompromisə getməyən ziyalımız Azad Mirzəcanzadə, həqiqətən cəsur və dürüst olan Maqsud İbrahimbəyov var. Siyahını uzatmaq da olar. Yəqin, mən onlardan çox şeylər öyrənmişəm, hərçənd ki, bunu dərhal dərk etmirdim.

- Siz 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində - son dərəcə çətin bir dövrdə jurnalist kimi fəaliyyət göstərmisiniz. Faciəvi hadisələrin mərkəzində olarkən, qərəzsizliyi necə qoruyub saxlamısınız?

- Belə şəraitdə qərəzsizlik nisbi bir anlayışdır. Öz gözlərinizlə faciəyə, insan itkisinə, mülki əhalinin əzabına şahid olanda, kənarda qalmaq mümkün deyil. Biz Laçında, Xocalıda idik, ilk itkiləri, meşələrdən çıxan və möcüzəvi şəkildə xilas olan insan axınlarını görürdük. Bu, insan kədəri idi və siz qaçılmaz olaraq bu insanların yanında olursunuz.

Biz heç kimin siyasi maraqlarına xidmət etmirdik, çətinlik çəkənlərin tərəfini tuturduq. Məncə, buna görə də “Dalğa” verilişi çox populyar idi, tamaşaçılar səmimiyyəti hiss edir və başa düşürdülər ki, biz nəzəriyyə və mücərrəd anlayışlar haqqında deyil, əsl acı-ağrı haqqında danışırıq.

- Sizin adınız bir çoxları üçün “Dalğa” verilişi ilə ayrılmaz şəkildə bağlıdır. Dövrün ən populyar televiziya verilişinin aparıcısı kimi hansı hissləri keçirirdiniz?

- Özümü heç vaxt “jurnalistikanın siması” kimi hiss etməmişəm. Onu da qeyd edim ki, həmin verilişi altı dəfə ləğv etmişdilər. Belə məqamlarda özünəinam barədə də düşünə bilmirsən. Amma tamaşaçıların reaksiyasından həmişə məmnun olmuşam. Bizə ardı-arası kəsilməyən məktublar daxil olurdu, insanlar diqqət, kömək və doğru məlumat istəyirdilər.

Lap əvvəldən auditoriyaya deyirdim: mən hadisələrə hər hansı qiymət vermək fikrində deyiləm, ancaq faktları təqdim edəcəyəm və nəticələri siz özünüz çıxarmalısınız. Biz qaynar nöqtələrdə çalışırdıq, baş verən hadisələri elə həmin gün işıqlandırırdıq. Ola bilər ki, bütün çətinliklərə baxmayaraq, məhz bu etimad və dürüstlük verilişin bu qədər uzun müddət efirdə qalmasına imkan verdi.

- Özünüzü həm televiziya jurnalisti, həm də ssenarist kimi təsdiqləmisiniz. Sizə daha yaxın olan nədir - televiziya, yoxsa kino?

- İxtisasca filoloqam və həmişə jurnalist olmaq istəyirdim. Televiziya məni tamamilə valeh etdi. Amma sonradan həyat yoldaşım Rasim İsmayılovun sayəsində kino ilə məşğul olmağa başladım, VGIK-ə daxil oldum, ssenaristlik və kinoşünaslıq ixtisası üzrə məzun oldum, on il ərzində kinostudiyada çalışdım.

“Asif, Vasif, Ağasif” filmi mənim üçün xüsusilə doğma oldu. Bu ekran əsəri hələ də yaşayır - insanlar onu izləyir, xatırlayır və müzakirə edirlər. Bu yaxınlarda filmin ildönümünü qeyd etdik və tamaşaçıların qırx il əvvəlki kimi hərarətli reaksiya verdiyini görmək heyrətamiz idi. Amma televiziya nəticədə mənə daha yaxın olduğunu sübut etdi: bu sahə insanlarla canlı təması, ani əks əlaqəni təmin edir.

- Siz 90 yaşında da fəal görünürsünüz. Gənc jurnalistlərə hansı məsləhətləri verərdiniz?

- Ən vacib amil peşənizi sevməkdir. Bunsuz heç nə işə yaramayacaq. İkincisi, ən başlanğıcdan dürüstlük və doğruluqdur. Dürüst olmağa hazır deyilsinizsə, bu peşə ilə məşğul olmamaq daha yaxşıdır.

Bu gün bir çox insan yanlış olaraq inanır ki, pul həyatda ən vacib amildir. Pul vacibdir, amma ən zəruri deyil. Zəmanəmizin ən böyük çatışmazlığı işini sevən, vəzifələrinə vicdan və şəfqət hissi ilə dürüst yanaşan insanların az olmasıdır. Jurnalist insan ruhuna toxunmağı bacarmalıdır. Əgər tamaşaçıda və ya oxucuda təbəssüm, göz yaşı, düşüncə hisslərini oyatmağı bacarsanız, demək, onlarla sizin aranızda bir əlaqə yaranıb. Bu əlaqə mövcud olduqda, etimad və sizin peşənizə tələbat da olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Yanvar 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see144

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see141

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri