Nadir Babazadə: ABB İnvest in xarici qiymətli kağız portfeli 500 mln. dollardan çoxdur
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABB İnvest”in xarici qiymətli kağız portfeli 500 milyon dollardan çoxdur.
“APA-Economics” xəbər verir ki, bunu “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə deyib.
O bildirib ki, investisiya şirkətinin xarici dövriyyəsi iki hissədən ibarətdir. Bir hissəsi mobil tətbiq üzərindən pərakəndə müştərilərdir. Onların sayı 50 mindən çoxdur və daha çox Amazon, NVİDİA, Tesla, İntell, Google kimi şirkətlərin səhmlərinə yatırım edirlər: “Amma biz bununla kifayətlənmirik və xarici bazarda 4 mindən çox alət təqdim edirik”.
Nadir Babazadə əlavə edib ki, beynəlxalq maliyyə vasitəçiləri ilə əməkdaşlıq edilən korporativ müştərilərə aid qiymətli kağız portfelinin cari dəyəri 500 milyon dollardan çoxdur. Dövriyyənin həcmi isə bundan dəfələrlə çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















