Icma.az
close
up
RU
Nadir İsrafilovdan ETİRAZ: Nə oldu ki, birdən birə məktəb “məbədgah”lığını, müəllim “müqəddəs”liyini itirdi?

Nadir İsrafilovdan ETİRAZ: Nə oldu ki, birdən birə məktəb “məbədgah”lığını, müəllim “müqəddəs”liyini itirdi?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması artıq təkzib olunmaz faktdır" 

 Bu sözləri Moderator.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.

"Bu mənada hər dövrün öz ənənəsi, öz xatirəsi, yaddaşı var. Heç də əbəs yerə deyil ki, müstəqilliyimizin ilk illərində qəbul edilən Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında təhsil sahəsində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək vəzifəsi əsas məqsədlərdən biri hesab edilmiş, və o da xüsusi olaraq vurğulanmışdı ki, “xalqımız Sovet təhsil sistemi vasitəsilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalarla silahlanmış yüksək ixtisaslı milli kadrlar hazırlamaq imkanını əldə etmişdir”.

Danılmaz faktdır ki, məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, problemsiz keçid illərini yaşamışıq. Nə yazıq ki, bir müddət kəsiyində bu illərdən bəri oturuşmuş sistemin ən yaxşı ənənələrini unutduq, yenilik həvəsilə keçmişimizə biganəlik göstərdik. Nəzərə almadıq ki, zamanı qabaqlamaq mümkün olan şey deyil, çünki zaman bizdən sürətlidir.Bir də ki, bəzən nədənsə hər şeyin tez olmasını istəyirik, özümüzü də yoruruq, ətrafımızdakıları da. Beləliklə bütün həyatımız yorğunluqla, əlavə problemlərlə üzləşməklə keçir. 

Uzun illər keçməsinə baxmayaraq bugünki kimi yadımdadır, məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatını yaşayardıq. Sanki, dövlət də, elə cəmiyyətin hər bir üzvü də “xəstə tələsər, armud vaxtında yetişər” el məsəlini bilirmiş kimi bu prinsipə ciddi yanaşardılar. Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi. Çünkı bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər.Vahid məktəbli formsının olmasına baxmayaraq buna məcburiyyət yox idi. Lakin hər kəsdən məktəbə “üst ağ, alt qara” geyim dəstində gəlmələri tələb olunurdu. Bütün yazı işləri mil-mil və damalı deyilən iki qəpiklik dəftərlərdə aparılardı. Dərslik komplektindən savayı yeganə əlavə tədris vəsaiti “hüsnxətt” dəftəri idi ki, bu da hərflərin yazılış qaydalarına ciddi riayət olunmasına xidmət edərdi.

Keçək ərəfəsində olduğumuz martın 8-nə. “8 mart Beynəlxalq qadınlar bayramı” ərəfələrində kitab mağazalarına, qəzet köşklərinə üz tutub müəllimləri təbrik etmək üçün daha münasib və nəfis “otkrıtka” seçiminə çıxardıq. Xətti pis olanlar öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardı. İmkan olan yerdə isə xüsusi kiçik emalatxana rolunu oynayan köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, bu “otkrıtka” adlandırdığımız üç qəpiklık əlvan karton parçasına dilimizdə “açıqça” deyilirmış. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan və ucuz qiymətə satılan ətirlərolardı. Bu ik-üç manata olan ətir məmulatını müəllimin qəbul edib etməyəcəyini düşünməkdən səhərəcən yata bilməzdik. Müəllim sözün bütün mənalarında bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi. Müəllimin kiçik hədiyyəmizi qəbul edərkən başımıza sığal çəkməsi kövrək ürəyimizin ən sevincli anlarından birinə çevrilərdi.

Qəpikdən çox danışdıq. Bəlkə də mənim heç də tam olmayan, sadəcə olaraq bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər də olsun. Çünki, artıq dəyərlər dəyişib, meyyarlar özgələşib. Bircə onu deyə bilərəm ki, dəyərləri dəyişən də, ona qiymət verən də elə özümüzük. Son onilliklərdə təhsil sahəsində nə qazandığımızı zaman göstərəcək. Amma, bütövlükdə qazandıqlarımızı itirsək, xatirələrdə qalmış bir həzin melodiyada səsləndiyi kimi... “bax bu böyük dərd olar”. Unutmayaq kı, keçmiş ənənələrimizə dair xatirələr gələcəyimizi qurmaqda ən təsirli stimul və etibarlı örnəkdir, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasinda silinməz iz buraxıb. 

Bəs bu gün nə baş verir, dəyərlər dəyişib, yoxsa biz dəyişmişik...? Bu, nə səmiyyətdir, bu, nə mədəniyyətdir?  Məktəbin, müəllimin müdafiəsinə qalxanı məsxərəyə qoyuruq!?  Nə oldu ki, birdən-birə məktəb “məbədgah”lığını, müəllim “müqəddəs”liyini itirdi?  Bəs, "savadsız müəııimlər”, "saxta müəllimlər”, "filan qədər müəllim imtahandan kəsildi”, "filan direktor işdən qovuldu” və s. bu kimi fikirlər səsləndirəndə, bunu düşünmürdük? Yəni, dünyanın hansı sivil ölkəsində 8 marta bir həftə qalmış rəsmi çağırışlar edilir, Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqlar edilir, tapşırıqlar verilir?

Bir də ki, “pul yığan” və hədiyyə alan elə sanki təkcə müəllimlər imiş. Sonra da ağız dolusu müəllim nüfuzunun qaldırılmasından danışırıq. Əgər hansısa bir məktəbdə, hansısa valideyn komitəsi və ya icması tərəfindən "8 mart” münasibətilə hansısa müəllimə hörmət və ehtiramlarını bildirmək üçün hansısa bir hədiyyə ilə müəllimi təbrik etmək istəyirlərsə, bunu qabardaraq ictimailəşdirmək, rüşvət və korrupsiya səviyyəsinə qaldırıb cəmiyyətə təqdim etmək təkcə müəllim adına deyil, bütövlükdə cəmiyyətə baş ucalığı gətirən hal deyil. Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yol verilməzdir. 

Müəllimi tənbeh etmək də olar, cəzalandırmaq da, onun barəsində inzibatı və ya hüquqi müstəvidə cinayət işi də qaldırmaq olar, lakin onunla bağlı hər hansı bir təzahür və faktların ictimailəşdirilməsində ifrata yol vermək olmaz. Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “Günah keçisi”  qismində önə çəkmək nəinki, təhsilimizə, cəmiyyətimizə hec mənliyimizə də baş ucalığı gətirmir. Zəmanə dəyişsə də, zəmanəni biz idarə etməliyik, əks halda zəmanə bizi idarə edəcək, Çünki, zamanı qabaqlamaq mümkün olan şey deyil,  zaman bizdən sürətlidir…

Roza Lüksemburq və Klara Setkin bilsəydilər “8 Mart Beynəlxalq Qadınlar Günü” Azərbaycanda müəllimlərə hədiyyə alınması və bu məqsədlə pul yığılması ilə bağlı bu qədər qalmaqal yaradacaq, heç  vaxt qadın hüquqları və azadlığı uğrunda mübarizənin önündə durub, bu günün təsis edilməsi üçün canlarını fəda etməzdilər... Özü də nə qonşu Türkiyədə, nə Rusiyada nə də digər ölkələrdə yox, ildə cəmi bir dəfə qadın əsl ana, baçı, qız, gəlin, övladlarımızın təlim-tərbiyəçisi  simasında yada düşsün və ətrafında bu qədər olmazın söhbətlər yayılsın – bu yalnız bizdədir, dözümlülükdən, gender bərabərliyindən ən çox danışdığımız ölkədə… Nə isə…".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri