Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

NƏ DƏYİŞDİ, BİRDƏN BİRƏ NƏ OLDU SİZƏ?...

NƏ DƏYİŞDİ, BİRDƏN BİRƏ NƏ OLDU SİZƏ?...

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Nurəddin İSMAYIL

Ramiz Ənvəroviçin siyasi casusluğu, onu casusluğa sürükləyən məlum dövlətin yırtıcı bir həmləsi ilə siyasi çöküşə hamilə oldu.

Səksən yeddi yaşında birisinin bu zıppıltıya dözməsi heç də asan görünmür. Ömrü, bu siyasi hamiləliyin sancısını çəkməyə və sancıdan sonrakı rahatlığını yaşamağa yetəcək qədər uzun deyil. Ortaya çıxanlar, əldə edilən bilgilər, sosial şəbəkələrdə yayılan məlumatlar Ramiz Ənvəroviçlə bağlı məsələnin ciddiliyinə şübhə yeri qoymur. Əlbəttə, onun haqqında hakimiyyəti zorla ələ keçirmək, vətənə xəyanət, çirkli pulların leqalllaşdırılması ilə bağlı irəli sürülən ağır ittihamlar rəsmi təsdiqini tapmayınca, “boz kardinal” təqsirsizlik prezumpsiyası çətiri altında kölgələnmə haqqını özündə saxlayır. Son söz xüsusi xidmət orqanlarının məsələ ilə bağlı apardığı təhqiqat işi başa çatandan sonra olacaq və adi vətəndaşlardan tutmuş araşdırmaçılar, analitiklər, siyasi ekspertlər, media mənsubları da daxil olmaqla hər kəs bu rəsmi xəbəri gözləmək zorunda. Təbii, səslənən ittihamlar bir nəfərin haqqında olsa da, bu nəfərin sıradan biri olmadığı və deyildiyi kimi, çevrilişlə bağlı planlarını təkbaşına reallaşdırmadığı xüsusi xidmət orqanlarını səbəb-nəticə əlaqlərini izləməyə, peşəkarlıqdan doğan səbr nümayiş etdirməyə vadar edir.

Ancaq mövzunun ciddiliyi bizi son hadisələr yaşanmazdan əvvəlki dövrlərə nəzər salmağa, dövlətin bütün imtiyazlarından yararlanan Ramiz Ənvəroviçin özünün və bir zamanlar ətrafında topladığı başıboş, savadsız, korrupsioner, qudurğan məmur korpusunun dövlətə, topluma vurduğu sarsıdıcı zərbələrin acı nəticələrini qabartmağa sövq edir. Biz yazar olaraq bu gün Ramiz Ənvəroviç haqqında yazdıqlarımızı otuz il bundan əvvəl də yazıb, mətbu orqanlarda onun yaramaz siyasətini, anti-milli əməllərini ifşa etmişik və bu neqativləri dilə gətirməyin bədəlini özümüzə qarşı yönələn həbslərlə, işgəncələrlə, maddi sıxıntılara düçür olmaqla, seçmək və seçilmək hüququndan zor gücünə məhrum edilməklə ödəmişik. Lakin vaxtıilə Ramiz Ənvəroviçin yaratdığı münbit korrupsiya, rüşvət, şəraitindən gen-bol bəhrələnən, layiq olmadığı vəzifələrə, kürsülərə yiyələnən birilərinin, bu gün qalxıb da, adı ağır cinayətlərdə hallanan keçmiş patronlarını ittiham etməsi, guya vaxtında onu yaxından tanımadıqları üçün mədhiyyələr oxumalarına haqq qazandırması, əvəzsiz siyasi lider kimi haqqında balladalar səsləndirməsini görməzdən gəlməsi insanda heyrət doğurur. Alçaldan ən böyük alçaq, yaltaqlığa yaşıl işıq yandıran ən böyük yaltaqdır. Və siz ey bir sıra məmur eşalonu, siyasi partiya lokomotivləri, mətbu orqanların, geniş şəbəkəli saytların başında duranlar, bir barmaq işarəsi ilə parlament kürsülərində oturub, ağzına su alıb susanlar, yuxarıdan aşağı seçki saxtakarlığının kölə icraçıları, Ramiz Ənvəroviçin doğum gününə şanlı məktub yazanlar, atam-atam deyib indi onu dəyər-dəyməzə satanlar! Dilzorraması səsləndirdiyiniz akademik nə tez gözünüzdən düşdü? Nə dəyişdi, birdən-birə nə oldu sizə? Hə, dəyişən çox şey oldu. Tərif dediyinizin, yaltaqlıq etdiyinizin şətəsi işləmir daha. Dövlət baba baş verənlərin fərqində oldu və işə əl qoydu. Adam indi başının hayında. Yaltaqlığın, məddahlığın peşəkar mogikanı sizi yetim buraxdı.

Çoxunuz susmağa məhkumsunuz. Adamın əlinin altında hər birinizi ifşa etməyə hazır olan “kompromat” dolu şişmiş qovluqlar var. Dövlətlə dövlətlik etmək dövlətçilik şüuru aşağı olanlara aiddir. Normalda insan, siyasətini qəbul etmədiyi hakimiyyətə qarşı siyasi mübarizə aparar və bu onun konstitusion haqqıdır. Çoxları hakimiyyətə qarşı mübarizəni dövlətə qarşı çıxmaq anlamında dərk edir.

Ramiz Ənvəroviç on illərlə dövlət işində təmsil olunsa da, dövlətçilik şüurundan məhrum oldu və bu məhrumiyyət sonda onu təmsil olunduğu, şirəsini sorduğu hakimiyyəti zorla ələ keçirmək, dövlət çevrilişi etmək sevdasına sürüklədi. Dövlətin xaricdən təhdid olduğu vaxtlar atacağı addımlar, verəcəyi siyasi qərarlar maraqla izlənir. Bu gün illərlə formalaşan, Ramiz Ənvəroviçin “atalıq qayğısı” ilə himayə olunan bir şəbəkə ilə mübarizə aparmağın, bir ucu Putin Rusiyasının gizli servislərinə gedib çatan çətənin zərərsizləşdirilməsi üçün effektli tədbirlər görülməsinin qaçılmaz olduğu göz qabağında. Bunun üçün hakimiyyətin qollarında yer alan zərərverici şəbəkə sıradan çıxarılmalı, ölkədə demokratik, şəffaf seçkilər yolu ilə yeni parlament formalaşdırılmalı, iqtisadi, siyasi sahədə reformalar keçirilməli dövlət idarəçiliyi vətən xainlərindən təmizlənib, əmin əllərə verilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri