Icma.az
close
up
RU
Naftalanda “Qərbi Azərbaycan: Tarixin sınaqları, müasir çağırışlar” mövzusunda tədbir keçirilib FOTOLAR

Naftalanda “Qərbi Azərbaycan: Tarixin sınaqları, müasir çağırışlar” mövzusunda tədbir keçirilib FOTOLAR

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Şəhər Heydər Əliyev Mərkəzində "Qərbi Azərbaycan: Tarixin sınaqları, müasir çağırışlar" mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Baba oğlu, İcmasının Qadınlar Şurasının sədr müavinləri, Telli Pənahqızı, Aytən Sultanova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, tarixi torpaqlarımızdan olan Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımız, idarə, müəssisə, təşkilat rəhbərləri və ziyalılar iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. 

Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara, Qarabağın Zəfər təntənəsini, Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini, özündə əks etdirən fotoşəkillərdən və kitablardan ibarət sərgiyə baxış keçiriblər. 

Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, bu günə qədər görülən işlər, qarşıda duran vəzifələr bu mübarizənin sistemli və davamlı xarakter aldığını göstərir. Vurğulayıb ki, son iki əsr ərzində ata-baba yurdlarından məcburi şəkildə didərgin salınan Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı qaçılmaz və təmin olunmalı bir hədəfdir.

ŞİH-nin başçısı Vüqar Novruzov tarixi torpağımız olan Qərbi Azərbaycanla bağlı tədbirlərin keçirilməsinin olduqca mühüm əhəmiyyət daşıdığınıdan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycana Böyük Qayıdış ideyasının reallaşdırılması istiqamətində vacib və məqsədyönlü addımlar atıldığından ətraflı bəhs edib. 

 İcmanın İdarə Heyətinin sədr müavini Hikmət Baba oğlu çıxışında Qərbi Azərbaycan həqiqətlərinə geniş şəkildə toxunaraq, bu prosesin həm tarixi ədalətin bərpası, həm də Cənubi Qafqazda dayanıqlı sülhün əsas şərtlərindən biri olduğunu vurğulayıb.

 İcmasının Qadınlar Şurasının sədr müavinləri Telli Pənahqızı və Aytən Sultanova Qadınlar Şurasının bu prosesdəki fəal rolundan, Qərbi Azərbaycana Qayıdış hərəkatında göstərdikləri təşəbbüskarlıqdan söz açıblar. Doğma yurd yerlərimizə qayıdışın təkcə milli kimliyimizin bərpası deyil, həm də gələcək nəsillərimiz üçün ədalətli və dinc gələcəyin qurulması baxımından zəruri olduğunu bildiriblər.

Sonda bir qrup Qərbi Azərbaycandan olan şəxslərin və onların varislərinin müraciətləri əsasında onlara Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri və döş nişanları, həmçinin qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri