Icma.az
close
up
RU
“Naftoqaz”: Rusiya müharibənin əvvəlindən bəri Ukraynanın qaz infrastrukturuna ən böyük zərbə endirib

“Naftoqaz”: Rusiya müharibənin əvvəlindən bəri Ukraynanın qaz infrastrukturuna ən böyük zərbə endirib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Kiyev, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-nə keçən gecə Rusiya silahlı qüvvələri genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın qaz hasilatı infrastrukturuna ən böyük hücumu həyata keçirib. Xarkov və Poltava vilayətlərindəki “Naftoqaz” obyektlərinə zərbələr endirilib.

AZƏRTAC bu barədə “Naftoqaz”ın bəyanatına istinadla xəbər verir.

Bəyanatda deyilir: “Düşmən genişmiqyaslı müharibə başlayandan bəri qaz hasilatı infrastrukturuna ən böyük hücumu həyata keçirib”.

Həmin gecə Rusiya silahlı qüvvələri Xarkov və Poltava vilayətlərindəki “Naftoqaz” obyektlərinə xeyli sayda ballistik raket də daxil olmaqla 35 raket və 60 pilotsuz uçuş aparatı ilə hücum edib.

“Biz onlardan bəzilərini vura bildik, amma təəssüf ki, hamısını deyil. Bu hücum nəticəsində xeyli sayda obyektimizə ziyan dəyib. Zərərlərin bir hissəsi kritik olub”, -deyə şirkət əlavə edib.

“Naftogaz Group”un baş direktoru Sergey Koretski qeyd edib ki, ərazidə hücumun nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir. O qeyd edib: “Biz bu hücuma və onun ümumi vəziyyətə təsirinə operativ və adekvat cavab verilməsini təmin etmək üçün Ukraynanın tərəfdaşları ilə işləyirik. Terrorizm heç bir yerdə öz məqsədlərinə çatmamalıdır”.

Xatırladaq ki, oktyabrın 2-dən 3-nə keçən gecə Rusiya Ukrayna ərazisinə müxtəlif silahlar vasitəsilə növbəti zərbələr endirib. Poltava, Dnepr, Odessa və bir sıra digər bölgələrdə partlayışlar baş verib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see212

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see178

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see169

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see149

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see132

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri