“Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişikliklər təklif edilir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 dekabr, AZƏRTAC
“Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənəd layihəsinə əsasən, Qanunun 3.3-cü maddəsində “otuz min manatdan” sözləri “əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən” sözləri ilə əvəz edilir və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
“Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.”.
Qanuna təklif edilən dəyişiklik təsdiqlənəcəyi təqdirə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















