Icma.az
close
up
RU
Namazov: “Neftçi”nin dominantlığı öz sözünü dedi”

Namazov: “Neftçi”nin dominantlığı öz sözünü dedi”

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqasının V turunda evdə “Neftçi”yə 2:3 hesabı ilə uduzan “İmişli”nin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, gənc mütəxəssis oyun haqqında fikirlərini bölüşdü.

– “Neftçi” son 4 turda 3 qələbə qazanmışdı və hər il olduğu kimi çempionluğa oynayır. Rəqibin ilk 15–20 dəqiqədə böyük təzyiq quracağını və tez qol vurmaq istəyəcəyini bilirdik. Məqsədimiz həmin təzyiqi dəf edib öz oyunumuzu oynamaq idi. Təəssüf ki, start təxmin etdiyimiz kimi alınmadı və ard-arda iki qol buraxdıq, qapımız qarşısında çoxlu epizod verdik. Ondan sonra taktiki dəyişikliyə getdik. Meydandakı düzülüşü 4-2-3-1-dən 5-4-1 sisteminə keçirdik. Vingerlərin müdafiəyə köməyinə baxmayaraq, həmin mövqeyə rəsmi olaraq oyunçu yerləşdirəndən sonra komanda daha yaxşı təsir bağışladı. Şükürlər olsun ki, tez toparlana bildik. Bəxtiyar Həsənalızadənin standart vəziyyətdən vurduğu qol və ardından qazanılan penalti sayəsində fasiləyə 2:2 bərabərliklə yollandıq. İlk hissədə rəqibin üstünlüyünü tarazlaşdırmağa çalışsaq da, “Neftçi” daha dominant futbol oynayırdı. Bizim də planımız ikinci nömrə kimi çıxış edib, sürətli əks-hücumlarla üstünlük əldə etmək idi.

Namazov ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Yusif İmanovun ehtiyatda qalması mətbuatda yazıldığı kimi komandadakı daxili problem və psixoloji gərginliklə bağlıdır, yoxsa sadəcə performansla?

– Xeyr, bunun daxili gərginliklə və ya göstərdiyi oyunla heç bir əlaqəsi yoxdur. Heyətimizdə iki gənc qapıçı var; biri A milliyə namizəddir, digəri isə U-21-in əsas qolkiperidir. İkisi ilə də müqavilə bağlayanda planımız mövsüm ərzində rotasiyaya getmək və hər ikisini tonusda saxlamaq idi. Sadiq Məmmədzadəyə də şans verməyi planlaşdırırdıq. Nəinki qapıda, digər mövqelərdə də bu cür dəyişikliklərə əl atırıq. Məsələn, bu gün Bəxtiyara da istirahət vermək istəyirdik, lakin məcburiyyətdən oynatdıq. Bu, tamamilə rotasiya addımı idi və Sadiq də ona bəslənən ümidləri doğrultdu.

– Vüsal Qənbərovun heyətdə yer almaması nə ilə bağlıdır?

– Vüsal Qənbərov artıq “Şəfa” ilə anlaşıb və karyerasını orada davam etdirəcək. Açığı, mövsümün başlanğıcından ona təkliflər var idi. Həmin klubun təqdim etdiyi şərtlər daha cazibədar olduğu üçün tərəflər arasında razılıq əldə olundu. Vüsal özü də keçid üçün xahiş etmişdi. Bundan sonra o, “Şəfa”nın şərəfini qoruyacaq.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Sentyabr 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri