Naməlum şəxs park halında olan 20 yə yaxın avtomobilin təkərlərini kəsib VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Antalyanın Alanya rayonunda bir şəxs park edilmiş təxminən 20 avtomobilin təkərlərini kəsici alətlə deşib. Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə Çarşı məhəlləsində, Damlataş küçəsində baş verib. Park halında olan avtomobillərin sahibləri səhər saatlarında maşınlarının təkərlərinin kəsildiyini aşkarlayıblar. Ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxan sakinlər, gecə saatlarında bir şəxsin avtomobillərin təkərlərini kəsdiyini görərək polisə məlumat veriblər. Polis əməkdaşları aparılan araşdırma nəticəsində şübhəlini saxlayıblar. Şübhəli şəxs dəymiş ziyanın ödəniləcəyini bildirdikdən sonra hadisə yerinə çağırılan ustalar zədələnmiş təkərləri yeniləri ilə əvəz ediblər. Məhəllə sakinlərindən Onur Tüzün jurnalistlərə bildirib ki, səhər saatlarında uşağını xəstəxanaya aparmaq üçün avtomobilinə minərkən təkərlərin partladığını görüb. Gecə saatlarında 20-yə yaxın avtomobilin təkərinin kəsildiyini sonradan öyrəndiyini deyən Tüzün, "Qəribə hadisədir. Məcbur qalıb taksi ilə getdik. Geri qayıdanda polisə müraciət etdik. Şübhəli saxlanılıb. Vəkillər məsələ ilə məşğuldur, problemi həll edirlər. Təkərlər dəyişdirilir. Zərəri özləri ödəyirlər. Şikayətçi olmadıq. Onlar xoş niyyət göstərdilər, biz də qarşılıq verdik", - deyə qeyd edib.
Qeyd edək ki, şübhəlinin avtomobillərin təkərlərini kəsdiyi anlar təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə şübhəlinin küçəyə daxil olaraq kəsici alətlə irəlilədiyi və avtomobillərin təkərlərini deşdiyi açıq şəkildə görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Dekabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















