Namiq Məmmədkərimov: Demişdim ki, itirdiyimizin xalların əziyyətini çəkəcəyik
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Ən yaxşı oyunlardan birini oynadıq, təəssüf ki, məğlubiyyətlə üzləşdik". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimov AVRO-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana məğlub olan millimizin oyununu şərh edərdən bildirib.
Veteran futzalçı məğlubiyyətə əsas səbəb kimi təcrübəsizliyi qabardıb:
"Matçda epizodlarımızın çox olması göstərir ki, yaxşı çıxış etdik. Yeni yığılmış millinin təcrübəsi çatmır. Qol epizodlarından yararlana bilmirik. Yunanıstanın 4 zərbəsindən 3-ü qolla nəticələndi. Bizdə isə 24 zərbədən cəmi 2-si. Pley-off şanslarımızı təəssüf ki, itirdik. Müsahibələrimdə demişdim ki, itirdiyimizin xalların əziyyətini çəkəcəyik. Yunanıstanı doğma meydanda məğlub edə bilərdik, heç-heçə oldu. Yığma bizimdi, daim dəstəkləyirik. Amma hələ çox çalışmalıyıq. Kənan Manafov 2 qol vurdu, lakin tək onunla iş bitmir. Son nöqtəni qoyan futzalçılarımız azdır. Həvəsdən düşmək lazım deyil. Reytinq xalına görə növbəti oyunda qalib gəlmək lazımdır".
Qeyd edək ki, tərəflər arasında Bakıda baş tutan ilk matçda qalib müəyyənləşməyib - 2:2.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















