Nani “daha bəsdi” dedi
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Daha bir məçhur futbolçu meydanı tərk edib. Luiş Nani peşəkar karyerasını başa vurmaq qərarına gəlib.
Portuqaliya yığmasının sabiq oyunçusu qərarı “Eştrela”nın formasında verib. Portuqaliya klubuna bu yay qoşulan 38 yaşlı yarımmüdafiəçi məlumatı özünün sosial şəbəkə hesabı vasitəsilə yayıb.
“Sportinq”in yetirməsi olan Nani “Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya”, “Latsio”, “Orlando Siti”, “Venetsiya”, “Melburn Viktori” və “Adana Dəmirspor”un da formasını geyib. Portuqaliya yığması ilə 2016-cı ildə Avropa çempionu olan Nani 11 il (2006-17) daşıdığı milli formada 112 oyun keçirib və 24 qol vurub.
Onun bu mövsüm “Eştrela”ilə Portuqaliya çempionatında meydana çıxdığı 9 oyunda qapıya bir dəfə yol tapdığını da bildirək.
Baxış sayı:137
Bu xəbər 19 Dekabr 2024 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















