Napoli Qarabağ matçında zədələnmiş Medinanın DURUMU
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqasının V turunun "Napoli" – "Qarabağ" oyununda (2:0) zədələnmiş müdafəiçi Kevin Medinanın durumuna aydınlıq gətirilib.
Modern.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti Neapol stadionunda təhlükəli anlar yaşayan futbolçu haqda açıqlama yayaıb.
Bildirilib ki, aparılan müayinələr nəticəsində K.Medinanın vəziyyətinin normal olduğu müəyyənləşib. Komanda bu gün istirahət edəcək. Medinanın növbəti gündən "Qarabağ"la məşqlərə qoşulması gözlənilir.
Xatırladaq ki, "Napoli" – "Qarabağ" qarşılaşmasının 51-ci dəqiqəsində yaxın məsafədən vurulan güclü zərbə kolumbiyalı müdafiəçinin üzünə dəyib. Zərbədən huşunu itirən Medinaya dərhal ilkin tibbi yardım göstərilib, onu tezliklə ayağa qaldırmaq mümkün olub. Qurban Qurbanov futbolçunu matçın 60-cı dəqiqəsində əvəzləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















