Icma.az
close
up
RU
“Nar”ın dəstəyi ilə “B4B” kitabının təqdim oldu FOTOLAR

“Nar”ın dəstəyi ilə “B4B” kitabının təqdim oldu FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq “B4B: Business for Business” adlı kitab nəşr olunub və bir sıra ali təhsil müəssisələrində tələbələrə təqdim edilib.

"Unikal" xəbər verir ki, kitab müasir biznesin idarə olunmasına dair praktik yanaşmalar, strateji planlaşdırma və innovativ inkişaf yollarını əhatə edir. Müəlliflər Abbas Abbasov və Vladimir Klimov nüfuzlu Stokholm İqtisadiyyat Məktəbinin məzunlarıdır. Kitabda təqdim edilən ideyalar da məhz bu ali məktəbdə aparılmış tədqiqat və təcrübələrə əsaslanır.

Kitabın təqdimatları Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Mühəndislik Universitetində keçirilib. Görüşlərdə iqtisadiyyat və biznesin idarə edilməsi fakültələrinin 200-ə yaxın tələbə və müəllimi iştirak edib. Müəlliflər oxucularla birbaşa ünsiyyət quraraq nəşrin əsas ideyalarını və onların praktik tətbiq imkanlarını müzakirə ediblər.

“B4B” və ya “Business for Business” müasir idarəetmə konsepsiyası kimi şirkətin işgüzar tərəfdaşları ilə sıx əməkdaşlığa, innovasiyalar üzərində birgə fəaliyyətə və nəticədə daha davamlı və sürətli inkişafa əsaslanır. Bu yanaşma kitabda “Toyota”, “Procter & Gamble”, “Coca-Cola”, “IKEA” və digər dünyaca məşhur şirkətlərin nümunələri əsasında aydın və praktik şəkildə izah olunur. Nəşr sahibkarlar, menecerlər və biznesə yeni başlayanlar üçün dəyərli bir bələdçi rolunu oynayır.

“Nar”ın bu təşəbbüsə dəstəyi şirkətin maarifləndirmə və gənclərin inkişafına yönəlmiş sosial məsuliyyət strategiyasının davamıdır. Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələrə daim önəm verir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 May 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri