Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Kürdəmirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirlib.
Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün “saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsini idarə edən rayon sakini M.Şirinovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.
M.Şirinov barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sonuncunun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















