Icma.az
close
up
RU
Narsist liderıərin yetişdirdikləri

Narsist liderıərin yetişdirdikləri

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Mesianik və narsist liderlərin yetişdirdikləri də özlərinə niyə bənzəyir?Açığı, çox ağrılı olsa da, biz bu yazıları yazmaq məcburiyyətindəyik, çünki son hadisələr birbaşa dövlətimizin təhlükəsizliyi və ölkəmizə qarşı irəli sürülən xəyanət iddiasına real baxışlar çərçivəsində hesablanır. Ramiz–Əli cütlüyü artıq ölkə mediasında və bütün kanallarda müzakirə mövzusuna çevrilib. Gündəm yalnız bu məsələdir və bütün siyasi-ictimai çevrələr bu məsələyə ya açıq, ya da qapalı şəkildə münasibət bildirir və qınayırlar.
Mən bütün yazılarımda belə xoşagəlməz hadisələrin ölkəmizdə baş verməməsi üçün davranış qaydalarına təsir imkanlarımızdan maksimum istifadə etməyin, milli dövlətçilik prinsiplərinə uyğun yanaşma tərzinin və metodların ləyaqətlə tətbiqinin vacibliyini tələblər, təkliflər və xahiş formalarında qeyd etmişəm.
Lakin bəzi insanları dəyişmək mümkün deyil, dünən də, bu gün də, sabah da öz ampluasından çıxa bilmirlər. Ətraflarını da özlərinə oxşadıb püxtələşdirirlər.
Yalan, riyakarlıq, şər, böhtan, fitnə… bütün bu mənfi davranışları özündə cəmləşdirən bu narsist siyasətçilər və onların davamçıları ölkə üçün təhlükə mənbəyidir. Səbəb Azərbaycanda milli-mənəvi dəyərlərimizə qarşı çıxan, ailə tərbiyəsi zəif olan, sosial tərbiyədən qidalanan narsist liderlərin təsiri altına düşən bu məzlumların cəmiyyətimizin dəyərlər sisteminə zərbə vurmaq üçün yetişdirilməsidir.
Amma bizim müdrik xalqımız heç zaman bu məzlum “siyasətşünasları” ciddiyə almadı. Kimə dəstək və etimad lazım idisə, məntiqi və şüurlu şəkildə onu dəstəklədi.
Bu müdrik xalqın ardıcıl dövlətçilik siyasətindən qıcıqlanan bu xəyanətkar qrup ölkədə xaricdən bizə məcburi şəkildə inteqrasiya olunan “rəngli bayraqlar” aksiyalarında iştirak etdi, dəstək verdi, milli mentalitetimizə zidd bütün layihələri müdafiə etdi.
Hakimiyyəti ələ keçirmək üçün bütün vasitələrə əl atan, satqınlığa belə göz yuman bu oportunistlər, makiavellistlər, siyasi macərapərəstlər, dövlətçilikdən uzaq qruplar, hakimiyyət hərisliyi ilə hərəkət edən destruktiv “uşaqlar” etdikləri səhvlərin cəzasını çox baha ödədilər. İndi isə sizi siyasi küncdə oturdub hüquqi dildə danlamaq zamanı gəlib. Orada bir ayaq üstə çox qalmaqla bəlkə törətdiyiniz əməllərdən utanmaq hissi sizdə bərpa edildi.
Dəyərli soydaşlar, hörmətli dostlar!
Siyasətdən üstün olan həmişə bizim üçün dəyərlərimiz olub. Dövlətin, cəmiyyətin və insanlığın təməl prinsipləri var. Bu dəyərləri biz siyasətin gündəlik oyunlarından, şəxsi maraqlardan və qısaömürlü ideoloji mübahisələrdən daha dərin, daha davamlı və daha müqəddəs hesab edirik. Siyasətdən üstün olan dövlətçilik, suverenlik, ərazi bütövlüyü, milli kimlik, cəmiyyətin birliyi və həmrəylikdir. İndiki dünya nizamında bizə ən çox lazım olan da budur. Yeni dünyanın tələbləri sərtdir və bu tələblərin mənfi təsirlərinə meyillənib etdiyiniz səhvlərin, günahların cəzasını mütləq çəkəcəksiniz.
Təxribat, nifaq yaratmaq, düşmən dili ilə danışmaq bunların hər birinə layiqli cavab veriləcək. Tariximizi, Vətənimizi, Şəhidlərimizi, dövlətçiliyimizi siyasi manipulyasiya predmetinə çevirənlər, dəyərsizləşdirmə yolu ilə siyasət quranlar, vicdanını məhv edib yalanla ideologiya formalaşdıranlar, həqiqətləri təhrif edən dəyər pozucuları, milliliyimizi devalvasiya etməyə çalışanlar hökmən Dövlətimizin qanunları qarşısında cavab verəcəklər.
Siz narsistlər , özünüzü mütləq doğru hesab edənlər, paranoid düşüncə tərzi ilə yaşayanlar, sizə mütləq insanları məcburi kontrol etmək metodu tətbiq olunmalıdır. Bunun üçün ciddi əsaslar var.
Xalqı yalvarıb küçələrə səslədiniz, alınmadı. Böhtanla siyasi divident qazanmaq istədiniz, alınmadı. Şər-böhtanla ətraf qurmağa çalışdınız, yenə alınmadı. Beləcə, həyatınız yalnız uğursuz fəaliyyətlərinizin yekunu ilə nəticələndi. Öz seçdiyiniz yol sizə travma, güvənsizlik pozuntusu və sosial təcrid gətirdi. Bununla da keçdiniz düşmən siyasətinə, vətən düşmənliyinə. Guya bununla uğursuzluqlarınızı kompensasiya edəcəkdiniz? Bu əsla, mümkün deyil. Çünki bu ölkəni idarə edən, siyasətdən üstün şəkildə suverenliyi, dövlətçiliyi, ərazi bütövlüyünü, milli dəyərləri və milli kimliyi hər şeydən uca tutan, dövlət idarəçiliyinin məsuliyyətini üzərinə götürən çox müdrik bir siyasi lider var bu, ortadadır. Qazandığımız uğurları həzm edə bilməyən, hər şeyə bütün insanlığa yad, yaraşmayan mənfi “inqrediyentləri” öz siyasi rasionuna, və menyusuna daxil edənlər yenədə siyasi mübarizə apara bilmirlər.
Çünki siz o siyasi menyu, qidadan ayrılmasanız, heç vaxt düzəlməyəcəksiniz. Bu da artıq sizin öz işinizdir, zəhərləyin özünüzü biz istəmirik. Biz isə xalqın dəstəyi və həmrəyliyi, İlham Əliyevin böyük düşüncəsi ilə azad etdiyimiz bu ölkədə sizi düzgün siyasi qidalanmağa dəvət edirik.
Seçim sizindir! Biz demokratik, müstəqil ölkədə yaşayırıq. Edin seçiminizi!
Ramil Hüseynov, " Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Dekabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri