NASA nüvə tullantılarından kosmik batareyaları gücləndirmək üçün istifadə edəcək
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ-nin "Zeno Power" şirkəti kosmik batareyalar üçün yeni enerji mənbəyi kimi amerisium-241 (Am-241) izotopundan istifadə etməyi planlaşdırır.
Teleqraf "Interesting Engineering"ə istinadən xəbər veri ki, bu izotopdan hazırlanacaq radioizotop enerji sistemləri NASA-nın lunoxodlarını, eniş aparatlarını və Ay infrastrukturunu enerji ilə təmin edəcək.
İzotopu Fransanın nüvə şirkəti "Orano" təchiz edəcək. Şirkət amerisiumu La Haaqa şəhərindəki nüvə tullantılarının emalı zavodunda əldə edəcək. Tərəflər bu istiqamətdə çoxmilyonluq müqavilə imzalayıblar.
İndiyədək kosmosda əsasən plutonium-238 (Pu-238) istifadə olunurdu, lakin məhdud ehtiyatlar yeni alternativ axtarışlarını sürətləndirib. Amerisium-241 isə 430 ildən çox yarımparçalanma dövrü sayəsində onilliklərlə sabit enerji təmin edə bilir.
"Zeno Power" bildirir ki, amerisium-241 kosmik, stronsium-90 isə dəniz və yer sistemlərində istifadə olunacaq. Bu yanaşma şirkətə “dərin dənizdən dərin kosmosa qədər” fəaliyyət imkanı yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















