NASA kosmik batareyaları enerji ilə təmin etmək üçün nüvə tullantılarından istifadə edəcək
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın Zeno Power şirkəti kosmik batareyaları enerji ilə təmin etmək üçün yeni növ nüvə tullantılarından istifadə etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Interesting Engineering yazıb.
Məlumata görə, şirkət bunun üçün amerisium-241 (Am-241) izotopundan istifadə etmək niyyətindədir.
Amerisium-241 Zeno tərəfindən hazırlanmış kosmik nüvə batareyalarına — yəni radioizotop enerji sistemlərinə enerji verəcək. Hazırda Zeno, NASA üçün amerisium yanacağı ilə işləyən sistemlər hazırlayır. Bu sistemlər Ay səthindəki ay avtomobilləri (roverlər), enici modullar və infrastruktur obyektlərini enerji ilə təmin edəcək. Bu batareyalar Ayda gecəni işıqlandırmaq daim kölgədə qalan ərazilərdə işləmək üçün zəruri enerjini təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 05 Oktyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















