Icma.az
close
up
RU
NASA qalaktikaların xəritəsini çıxarmaq üçün teleskop buraxıb

NASA qalaktikaların xəritəsini çıxarmaq üçün teleskop buraxıb

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NASA qalaktikaların xəritəsini çıxarmaq üçün teleskop buraxıb

"Falcon Heavy" raketdaşıyıcısı yeni flaqman rəsədxanası olan "Nancy Grace Roman"ı orbitə çıxarıb. Aparat ikinci pillədən ayrılaraq Yerdən 1,5 milyon km məsafədə yerləşən Laqranj L2 nöqtəsinə — Yer və Günəşin cazibə qüvvələrinin tarazlaşdığı və rəsədxananın sabit mövqeyini təmin edən bölgəyə doğru istiqamət alacaq. Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Təxminən 4 milyard dollarlıq layihə qaranlıq enerji və qaranlıq maddənin öyrənilməsinə, həmçinin ekzoplanetlərin axtarışına yönəlib. Diametri 2,4 metr olan güzgüyə və 300 meqapiksellik infraqırmızı kameraya malik teleskop, Yerin orbitindəki "Hubble" avtomatik rəsədxanasından 100 dəfə daha geniş səma sahəsini əhatə edir. NASA-nın elmi əməkdaşı Culi MakEnerinin sözlərinə görə, "Roman" bir ay ərzində bütün Süd Yolu qalaktikasını nəzərdən keçirə və 20 milyarda qədər ulduzu qeydə ala bilər — "Hubble"a bunun üçün bir əsr vaxt lazım olardı. Rəsədxananın 2 milyarddan çox qalaktika haqqında məlumat toplayacağı və Yupiter ölçüsündə 2,5 min ekzoplanet kəşf edəcəyi gözlənilir.

NASA administratoru Cared Ayzekman bildirib ki, bu aparat "Hubble" və "Webb" ilə yanaşı, "evlərin hər birində tanınan bir ad"a çevriləcək. Əsas missiya beş il üçün nəzərdə tutulub və müddətin uzadılması mümkündür; ilk şəkillərin qış tətillərinə qədər əldə ediləcəyi gözlənilir. Teleskop agentliyin kosmik proqramının əsasını qoyan astronom Nensi Qreys Romanın şərəfinə adlandırılıb.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 02 Sentyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri