Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu Xəsarət alan var VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 06:00 radələrində, Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, E.Abdullayev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi "VAZ" markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən "KİA" markalı avtomobillə toqquşub, nəticədə A.Quliyev xəsarət almışdır. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladıb və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















