Icma.az
close
up
RU
Natamamlıq kompleksi nədir?

Natamamlıq kompleksi nədir?

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“​Natamamlıq kompleksi Alfred Adler tərəfindən irəli sürülən və individual psixologiya sahəsində araşdırılan insanın özünü mənəvi və fiziki cəhətdən dəyərsiz, uğursuz, bacarıqsız hiss etdiyi psixoloji vəziyyətdir. Onun fikrincə, övladlara valideynləri tərəfindən lazımi qayğı və diqqətin göstərilməməsi və ya hədsiz valideyn qayğısı bu kompleksin yaranmasına ciddi təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Günel Allahverdiyeva deyib.

Psixoloq sözlərinə belə davam edib: “​Özünü sübut etmək cəhdinə əsaslanan natamamlıq kompleksi güclü asosial davranışlara səbəb olur. Natamamlıq kompleksi insanın özünü başqalarından daha az dəyərli hiss etməsidir. Natamamlıq kompleksi olan insanlar tez-tez öz qabiliyyətləri haqqında şişirdilmiş düşüncələrə sahib olurlar və buna görə də özlərinə həddindən artıq tənqidi münasibət bəsləyirlər.

​Natamamlıq kompleksinin əsas yaranma səbəbləri:

​Natamamlıq kompleksinin səbəbləri arasında uşaqlıq təcrübəsi, ailədaxili təzyiqlər, ailənin seçdiyi tərbiyə üsulu, obsessiyalar, mədəniyyət və ətraf mühit amilləri var. Əsasən uşaqlıq təcrübələri bu kompleksin formalaşmasına böyük təsir göstərir. Uşaqlıqda yaşanan neqativ təcrübələr insanın özünə inamını və özünə hörmətini zədələyə, natamamlıq kompleksinin yaranmasına səbəb ola bilər.

​Həmçinin, valideynlərin uşaqları mütəmadi tənqid etmələri, onları “axmaq”, “bacarıqsız", “tənbəl”, “qabiliyyətsiz” kimi pis adlarla çağırmaları da buna səbəb olan amillərdəndir. Uşaqlar valideynlərinə o qədər inanırlar ki, onların özləri barəsində dedikləri bütün bu sözləri həqiqət kimi qəbul edirlər. Belə uşaqlar böyüdükdən sonra bütün həyatları boyu bu kompleksdən əziyyət çəkirlər. Bir çoxları isə bundan heç bir zaman qurtula bilmir və hətta bu komplekslərini sonradan öz övladlarına da ötürürlər.

​Natamamlıq kompleksi olan insanların bəzi əlamətlərinə aşağıdakılar aiddir:

• Həddindən artıq özünü tənqid etmək: natamamlıq kompleksi olan insanlar özlərinə həddindən artıq tənqidi yanaşmağa meyilli olurlar. Onlar öz güclərinə inanmırlar və özlərini həmişə sərt tənqid edirlər.

• Sosial geri çəkilmə: natamamlıq kompleksi olan insanlar arxa planda özlərini daha rahat hiss edirlər, sosial vəziyyətlərdən və qarşılıqlı əlaqədən qaçmağa meyilli olurlar. Buna görə də onlar dost tapmaqda çətinlik çəkirlər.

• Özünə hörmətin aşağı olması: natamamlıq kompleksi olan insanlarda özünə hörmətin aşağı olması müşahidə olunur. Onlar özlərini natamam hiss etdikləri üçün özlərinə dəyər vermirlər və özlərinə olan hörmətləri aşağı olur.

• Başqalarını mühakimə etmək: natamamlıq kompleksi olan insanlar özlərini dəyərsiz hiss etdikləri üçün öz səhvlərinin və uğursuzluqlarının səbəbini başqalarında görürlər. Öz yaxınlarının uğursuzluqlarını gördükdə isə çox sevinirlər.

• Qarışı tərəfə zorakılıq tətbiq etmək meylinə sahib olmaq: natamamlıq kompleksi olan insanlar özlərini ifadə edə bilmədikləri üçün ətrafda olan insanlara zorakı münasibət göstərməyə meyilli olurlar.

​Natamamlıq kompleksindən əziyyət çəkən və heç bir yolla bu kompleksin doğurduğu tələbatları ödəyə bilməyən şəxslər çox vaxt spirtli içkilərdən, narkotik vasitələrdən asılılığa düşürlər. Natamamlıq kompleksi uzun müddət davam edərsə, fərd psixoloji problemlər yaşamağa başlayır. Depressiya, narahatlıq, stres və özünəqapanma kimi vəziyyətlər natamamlıq kompleksinin nəticəsində meydana çıxa bilir. Bu cür vəziyyətlər fərdin gündəlik həyatına və iş fəaliyyətinə də mənfi təsir edir.

Natamamlıq kompleksindən necə qurtulmaq olar?
​Natamamlıq kompleksindən qurtulmaq üçün ilk növbədə, fərd öz düşüncə tərzini dəyişdirməli və özünə olan münasibətini yaxşılaşdırmalıdır. Ətrafımızda, yaxınlarımızda, xüsusilə, uşaqlarda bu kompleksin olduğunu gördükdə biz onları qərarsızlıqdan vaz keçirməyə çalışmalıyıq. Onları daim ruhlandırmalı və cəsarətləndirməliyik. Öz uğurlarına fokuslanmağa və keçmiş uğursuzluqları geridə qoymalarına kömək etməliyik. Üzləşdikləri çətinliklərin hər birinin öhdəsindən gələ biləcəkləri inancını onlarda oyatmalıyıq. Yalnız bu yolla onlara özünə inam hissi aşılaya bilər və natamamlıq kompleksindən azad olmalarına kömək edə bilərik. Hər bir uğur fərdin özünə inamını artırır və kompleksdən azad olmasına şərait yaradır.

​Natamamlıq kompleksi ilə mübarizə aparmaq üçün psixoloji dəstək almaq da vacibdir. Psixoloq və ya məsləhətçilərin köməyi ilə fərd öz komplekslərini daha yaxşı anlaya bilər və onlarla mübarizə aparma yollarını öyrənə bilər. Terapiya fərdlərə özünə inam və sosial əlaqələrini yenidən qurmaqda kömək edir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri