NATO Baş katibi təsdiqlədi
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Kalininqrad vilayətinin blokadaya alınması və ya Rusiyanın digər ərazilərindən təcrid edilməsi halında bütün arsenalından, o cümlədən nüvə silahından istifadə edə biləcəyi barədə NATO-ya xəbərdarlıq göndərdiyini təsdiqləyib.
“Reuters“in xəbərinə görə, Rutte bildirib ki, NATO Rusiyanın mesajına cavab verib və alyansın müdafiə xarakterli olduğunu vurğulayıb.
“Biz müdafiə xarakterli alyansıq. Nüvə təhdidlərinə son qoyun. Bu, qətiyyən yolverilməzdir və heç bir fayda vermir”, – NATO Baş katibi vurğulayıb.
Qeyd edək ki, Rusiya NATO-ya göndərdiyi diplomatik sənəddə Kalininqrad vilayətini Rusiyanın qalan hissəsindən təcrid etməyə yönəlmiş istənilən cəhdə qarşı “bütün qüvvə və imkanlarından, o cümlədən nüvə silahından” istifadə etməyə hazır olduğunu bildirib.
Baxış sayı:26
Bu xəbər 30 Sentyabr 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















