Icma.az
close
up
RU
“NATO nun 5 ci BƏNDİNƏ UYĞUN TƏMİNAT VERİLƏCƏK” “Təhlükəsizlik zəmanəti 10 il qüvvədə olacaq və...”

“NATO nun 5 ci BƏNDİNƏ UYĞUN TƏMİNAT VERİLƏCƏK” “Təhlükəsizlik zəmanəti 10 il qüvvədə olacaq və...”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın sülh planına NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri daxildir.

“AzPolitika” xəbər verir ki, “Axios”-un məlumatına görə, bu plan ABŞ və Avropa müttəfiqlərini Ukraynaya hücumu bütün "transatlantik birliyə” hücum kimi nəzərdən keçirməyə məcbur edəcək.

“Axios” qeyd edir ki, ABŞ ordusunun katibi Den Driskol tərəfindən cümə axşamı Zelenskiyə təqdim edilən 28 maddəlik planda sadəcə olaraq "Ukraynanın güclü təhlükəsizlik zəmanətləri alacağı" bildirilir. Lakin ABŞ ukraynalılara başqa bir razılaşma layihəsini də təqdim edib.

Məqalədə deyilir: "Orada bildirilir ki, Rusiyanın Ukraynaya qarşı gələcəkdə "əhəmiyyətli, qəsdən və davamlı silahlı hücumu transatlantik birliyin sülhünə və təhlükəsizliyinə təhdid edən hücum" hesab ediləcək".

Hücum baş verərsə, ABŞ Prezidenti Ukrayna, NATO və Avropa tərəfdaşları ilə dərhal məsləhətləşmələrdən sonra təhlükəsizliyin bərpası üçün zəruri tədbirləri müəyyən edəcək: "Bu tədbirlərə silahlı qüvvələrin istifadəsi, kəşfiyyat və logistika yardımı, iqtisadi və diplomatik tədbirlər və digər məqsədəuyğun hesab edilən addımlar daxil ola bilər. NATO və Ukraynanı əhatə edən Birgə Qiymətləndirmə Mexanizmi iddia edilən hər hansı bir pozuntuya qiymət verəcək."

Təhlükəsizlik zəmanəti ilkin 10 il müddətində qüvvədə olacaq və qarşılıqlı razılaşma ilə uzadıla bilər. Avropa tərəfdaşlarının rəhbərlik etdiyi və ABŞ-nin də daxil olduğu Birgə Monitorinq Komissiyası vəziyyəti izləyəcək.

Sənəddə Ukrayna, ABŞ, AB, NATO və Rusiya üçün imza sətirləri var. Ağ Ev rəsmisi Rusiyaya layihə ilə bağlı məlumat verildiyini, lakin sənəddə Vladimir Putinin imzasının tələb olunub-olunmayacağının bəlli olmadığını bildirib.

Həmçinin qeyd olunur ki, Trampın nümayəndəsi Stiv Uitkoff təklif olunan təhlükəsizlik zəmanətlərini ötən həftəsonu Zelenskinin milli təhlükəsizlik müşaviri Rüstəm Umerovla müzakirə edib və sənəd cümə axşamı Zelenskiyə yazılı şəkildə təqdim edilib.

Eyni zamanda, “Axios” xəbər verir ki, plan Trampın qatı tərəfdarlarının mənfi reaksiyasına səbəb ola bilər, çünki bu, ABŞ ordusunu yeni müharibə vəziyyətində Ukraynanı müdafiə etməyə məcbur edəcək.

Qeyd edək ki, media orqanları ABŞ-nin Ukrayna üçün sülh planının bütün 28 bəndini dərc edib. Plana əsasən, Rusiya bütün Donbasa nəzarəti ələ keçirəcək, Xerson və Zaporojyedəki cəbhə xətləri isə əsasən dondurulacaq.

Ukrayna ərazisində NATO qoşunları olmayacaq və Ukrayna silahlı qüvvələrinin sayı 600.000 nəfərlə məhdudlaşdırılacaq.

Media həmçinin bildirib ki, ABŞ Zelenskidən 27 noyabr tarixinə qədər sülh müqaviləsinə razılıq verməsini tələb edir. ABŞ müqaviləni ayın sonuna qədər Moskvaya təqdim etmək və bütün prosesi dekabrın əvvəlinə qədər başa çatdırmaq istəyir.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri