Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

NATO nun ABŞ sız gələcəyi necə ola bilər?

NATO nun ABŞ sız gələcəyi necə ola bilər?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa NATO-nun ABŞ-sız gələcəyinə hazırlaşır. Bəs Amerikasız alyansın gələcəyi necə görünür? Mütəxəssislərin sözlərinə görə, Birləşmiş Ştatlarsız NATO-nun gələcəyi mürəkkəb və qeyri-müəyyən görünür, şünki ABŞ alyansın əsas üzvüdür, maliyyə, hərbi güc və strateji liderlikdə ən böyük payı təmin edir. Bununla belə, ABŞ-ın NATO-dan çıxması ilə bağlı hipotetik bir ssenari gerçək olarsa, nəticələri necə ola bilər?

ABŞ-ın NATO-nu tərk etməsi ilk növbədə alyansın hərbi potensialını zəiflədəcək. Ona görə ki, ABŞ NATO-nun hərbi xərclərinin təxminən 70 faizini təmin edir. Avropada Amerika hərbi bazalarının, nüvə çəkindirməsi və logistikanın töhfəsini əvəz etmək çətindir. ABŞ-ın geri çəkilməsi Avropa ölkələrini hərbi büdcələrini kəskin şəkildə artırmağa məcbur edəcək. Avropa İttifaqı özünün müdafiə strukturunun yaradılmasını sürətləndirə bilər. Belə ki, Almaniya və Fransa aparıcı rolları üzərinə götürə bilər, lakin bunun üçün əhəmiyyətli resurslar və siyasi iradə tələb olunur. NATO-nun avropalı üzvləri müdafiə imkanlarını gücləndirməklə və öz təhlükəsizlik mexanizmlərini inkişaf etdirməklə daha böyük hərbi və siyasi muxtariyyət axtara bilərlər. Bunun da ABŞ-ın birbaşa dəstəyi olmadan fəaliyyət göstərə bilən daha güclü və müstəqil Avropa ordusunun yaradılmasına gətirib çıxaracağı güman edilir.

ABŞ-ın NATO-dan çıxması bəzi ölkələri ayrı-ayrılıqda müdafiə sazişləri bağlamağa sövq edə bilər (məsələn, Böyük Britaniya Polşa və Baltikyanı ölkələrlə). AUKUS və ya Avropadaxili təşəbbüslər kimi alternativ formatlar təsir qazana bilər. 

Bundan başqa, ABŞ-sız NATO potensial rəqiblər üçün daha az çəkindirici olacaq. Rəqiblər NATO-nun Şərq cinahının zəifləməsini hiss edə və Ukrayna, Baltikyanı və Balkanlara təzyiqi artıra bilər. Eyni zamanda, Qərbin potensial rəqibləri iqtisadi mexanizmlər də daxil olmaqla, öz təsirini daha fəal şəkildə yaya bilərlər. Bir sözlə, ABŞ-ın yoxluğu NATO-nu zəiflədə, onun hərbi gücünü və dünya səhnəsində siyasi təsirini azalda bilər. Bunun da  nüfuz dairəsinin yenidən bölüşdürülməsinə və yeni təsir mərkəzlərinin yaranmasına səbəb ola biləcəyi istisna olunmur. 

Daha bir ssenari bəzi ölkələrin ABŞ və ya digər güclərlə ayrı-ayrılıqda müqavilələr bağlamağa cəhd etmələrinə təkan verə bilər.  Bəzi NATO üzvləri alyansın Birləşmiş Ştatlarsız mövcudluğunun heç bir mənası olmadığını görsələr, ittifaqdan imtina edəcəkləri reallığa çevriləcək.

Bütövlükdə, ABŞ-sız NATO ya özünü kökündən yenidən qurmağa məcbur olacaq, ya da tədricən zəifləyəcək və parçalanacaq. Lakin ABŞ NATO-dan qlobal təsirin mühüm aləti kimi istifadə etdiyi üçün belə bir ssenarinin baş verməsi ehtimalı azdır.

Ümumilikdə, NATO-nun ABŞ-sız gələcəyi mürəkkəb və qeyri-müəyyən perspektivdir. Bununla belə, Avropa ölkələri öz müdafiə qabiliyyətini gücləndirmək və Avropa muxtariyyətini inkişaf etdirmək istəyinin artdığını nümayiş etdirir. Buna görə də, NATO-nun gələcəyi əsasən Avropa və ABŞ arasında transatlantik münasibətlərin vəziyyətindən asılı olacaq. 

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Mart 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see303

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see300

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see278

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see275

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see254

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see251

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see242

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see234

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see230

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see227

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see217

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see208

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see204

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see203

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see190

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see187

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see182

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see182

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri